“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Cahangir Hacıyev aclıq elan edib - Beynəlxalq Bankı talamış keçmiş bankir nə istəyir?

Tarix 04.05.24, 14:57

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində 3 gündür aclıq elan etdiyi iddia olunur.

“AzPolitika” xəbər verir ki, bu barədə vəkili Fəxrəddin Mehdiyev bildirib. Vəklin sözlərinə görə, C.Hacıyev saxlanma şəraitinə və müalicəsinə imkan verilməməsinə etiraz edir.

Vəkil dövlətin 100 milyonla vəsaitini taladığı üçün həbsə alınan C.Hacıyevin müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini və bu üzdən gündə bir neçə dərman qəbul etdiyini bildirir: “Məhbusların sayı artdığından, cəzaçəkmə müəssisəsində sıxlıq yaranıb, antisanitariya hökm sürür. Cahangir Hacıyevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi, yaxud heç olmasa, müəssisə daxilində tibbi-sanitariya hissəsinə yerləşdirilməsi üçün dəfələrlə müraciət etmişik. Müsbət cavab verilməyib”.

Bacısı Əminə Hacıyeva da keçmiş bankirin aclıq etdiyini iddia edib.

Ancaq Penitensiar Xidmət C.Hacıyevin aclığa başlaması, onun müalicə almaq hüququnun məhdudlaşdırılması barədə məlumatları təkzib edib: “Məlumat həqiqəti əks etdirmir. Müəssisədə digər məhkumlarla birlikdə cəza çəkir”.

Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmuş Cahangir Hacıyev 2015-ci ilin dekabrından həbsdədir.Ona ilk dəfə 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il həbs cəzası kəsilib. Beynəlxalq Bankın 4.7 milyard vəsaitinin yeyintisində ittiham olunan C.Hacıyev ikinci dəfə 2019-cu ildə eyni ittihamlarla məhkum edilib. Bu dəfə onun cəzası 16 il 3 ayadək artırılıb.

İstisna deyil ki, taladığı 100 milyonlar hesabına komfort yaşayışa öyrənən C.Hacıyev digər məhkumlarla birlikdə cəzasını çəkmək istəmir. Bundan əvvəl həbsə alınmış bir çox imkanlı məhbuslar kimi Penitensiar Xidmətin Müalicə Müəssisəsində, xüsusi otaqlarda rahat “məhbus həyatı” sürmək istəyir. Ancaq Ədliyyə Nazirliyini və Penitensiar Xidmətin rəhbərliyindəki dəyişikliklərdən sonra buna imkan yaradılmır.





Xəbərin oxunma sayı : 1012




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap