“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Tarix 03.05.24, 20:27

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi "CBS-PP" MMC-dən 294 901,41 manat dəyərində mətbəə məhsulları alacaq. 

Qaynarinfo xəbər verir ki, "CBS-PP" şirkəti idarənin bununla bağlı keçiridyi satınalma müsabiqəsinin qalibi seçilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "CBS-PP” MMC 2 sentybar 1998-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 338 579 manatdır. Hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 12, mənzil 34-də yerləşən "CBS-PP” MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.

Mediada gedən məlumatlara görə, Hikmət İsmayılov föqvəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, həm də "AFB Bank”ın sahibidir.

"CBS-PP” MMC-nin adına Kəmaləddin Heydərova məxsus şirkətlərin siyahısında rast gəlinir. Şirkət vaxtaşırı FHN-nin keçirdyi tenderlərin qalibi seçilir. 

Yeri gəlmişkən, bu günlərdə FHN-nin Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanov Dövlət Əmək Müfəttəişliyi Xidməti tərəfindən cərimələnib. 
Dövlət xidməti idarə rəisinə İnzibati Xətalar Məcəlləsinin 192.5-ci (İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi) maddəsi ilə cərimə yazıb.

Elnar İmanov isə qərardan məhkəməyə şikayət edib. İş Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun icraatındadır.



Xəbərin oxunma sayı : 793




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap