Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

100-dən çox ermənini məhv edən kəşfiyyat komandiri - VİDEO

Tarix 09.02.21, 19:25

Font ölçüsü : - / +
bitmap-img6


O, Vətən müharibəsinin ilk günlərində tabeliyində olan hərbçilərlə birlikdə Cəbrayıla girərək bir neçə kəndi işğaldan azad edib Azərbaycan bayrağını rayonun Nüzgar kəndinə sancıb.

Söhbət şəhid kəşfiyyatçı, kapitan Həmid Cəfərlidən gedir.

"Report"un Qərb mərkəzinin əməkdaşları şəhidin yaşadığı evə baş çəkib, yaxınları ilə həmsöhbət olublar.

Füzuli istiqamətində gedən döyüşlərdə 6 gün ac-susuz mühasirədə qalıb, buna baxmayaraq, özü və tabeliyində olan hərbçilər düşmənə təslim olmayıblar.

Vətən müharibəsi zamanı işğaldan azad olan ərazilərdə ilk bayraq sancan Həmid Cəfərli olub. Sonra Cəbrayılın bir neçə kəndini işğaldan azad edərk erməni terrorçularından təmizləyib. Həmid və onun tabeliyində olan kəşfiyyat bölüyü Füzuli istiqamətinə hərəkət etməyə başlayıb. H.Cəfərlinin komandiri olduğu kəşfiyyat bölüyü Füzuli rayonu ərazisində düşmənin gözləmədiyi istiqamətdən ermənilərə hücum edib. Bu hücum zamanı Füzulinin bir neçə kəndi işğaldan azad edilib. Döyüş yoldaşlarının sözlərinə görə Həmid şəhid olana qədər 100-dən çox ermənini təkbaşına məhv edib.

Həmid Füzuli istiqamətində 6 gün mühasirədə qalıb. Mühasirəni ermənilərin çoxlu itki verməsi ilə nəticələnən növbəti əks-hücum həmlələri ilə yararaq düşmənə sarsıdıcı zərbə vurmaqla yarıb çıxan kapitan yanına qəfildən minaatan mərmisi düşüb. Ürəyindən 1 qəlpə yarası alan Həmid Cəfərli qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!









Xəbərin oxunma sayı : 637




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap