|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
100 milyonlar necə 100 manata çevrilir? – Deputatın Beynəlxalq Bankın müəssisələri üzərində ŞOK əməliyyatları
Tarix 30.03.19, 18:43 |
|
50 ildir işləyən fabrik və zavodların adları dəyişdirilərək, bazalarında “100 manatlıq” MMC-lər təsis edilib, nizamnamə kapitalları “sıfırlanıb”
Fabriklər Cahangir Hacıyevin nəzarətindən çıxarıldıqdan sonra olan-qalan pulların da başına daş salınıb
“Azərbaycan Sənaye Korporasiyası” (ASK) Açıq Səhmdar Cəmiyyətinin (ASC) saytında məlumat verilir ki, “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi mülkiyyətlərdən olan, Qaradağ rayonundakı “ASK Şüşə” MMC guya 2018-ci ilin fevral ayında təsis edilib.
“AzPolitika.info”-nun məlumatına görə, müəssisə ASK-ya məxsusdur, 22 ha ərazidə yerləşir və İtaliya istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodda 120 tonluq şüşəbişirmə sobası, əlavə korpus və sexlər var. Müəssisə regionda ən geniş imkanlara sahib olan istehsalçıdır. Əsas xammalın müəyyən hissəsi ölkə daxilindən təmin edilir, bir hissəsi isə Rusiya, Ukrayna və Türkiyədən gətirilir.
Ortada məhsul yox, mənfəət yox, hələ ki bolluca vədlər var
“ASK Şüşə” MMC-nin investisiya proqramı barədə isə yazılır ki, “zavodun hazır məhsul anbarının tikinti işləri ilə bağlı təhlillər aparılır və birinci sobanın ikinci xəttinin işə salınmasına dair “ALL Glass” və “BDF İndustries” şirkətlərinin mütəxəssisləri ilə görüşlər keçirilib.
“Ehtiyac olan avadanlıqların siyahısı müəyyən edilib və xəttin işə salınması üzərində çalışılır. Bununla zavodun 90-95% KPI (İngilis dilində Key Perfomance Indicator sözünün abbreviaturasıdır və Əsas Perfomans Göstəricisi kimi tərcümə olunur-red.) ilə fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Bu da öz növbəsində hazır məhsulun maya dəyərinin aşağı salınması deməkdir. Zavodda rəngli sobanın tikintisi layihəsinə start verilib. Hazırda soba tikintisi ilə məşğul olan bir neçə beynəlxalq şirkət ilə danışıqlar aparılır”.
Korporasiyanın baş direktoru, deputat Kamran Nəbizadə “ASK” ASC-nin nəzdində olan müəssisələrin modernləşdirilməsindən danışarkən deyib ki, hazırda zavod istehsal gücünün 40%-i ilə işləyir və bu göstərici ildə orta hesabla 40-45 milyon şüşə tara təşkil edir. K.Nəbizadə: “İkinci istehsalat xəttinin tam işə salınması 2019-cu ilin fevral ayına planlaşdırılır. Həmin xəttin fəaliyyəti nəticəsində zavodun istehsal gücünün 90%-ə çatdırılması gözlənilir. Bundan sonra müəssisənin istehsal gücü ildə 95-100 milyon şüşə taraya çatacaq. Yaxın gələcəkdə 2-ci şüşəbişirən sobanın inşası da nəzərdə tutulur və tikinti başa çatdıqdan sonra zavodun illik istehsal gücü 200-210 milyon şüşə tara təşkil edəcək. Yeni soba və istehsalat xəttinin işə düşməsindən sonra yeni iş yerlərinin açılması da gözlənilir”.
Saytda konkret mənfəətə işarə belə vurulmur, yalnız vədlər verilir. Lakin vədlər də çox vaxt özünü doğrultmur. Belə ki, xəttin fevral ayında işə salındığı ilə bağlı ASC-nin web-resurslarındakı xəbər bölməsində heç bir məlumat yoxdur.
100 milyon nizamnamə kapitallı müəssisə bir gündə “yox” edildi
Öz tərəfimizdən qeyd edək ki, əvvəla, şirkətin “ASK” tərəfindən təsis edildiyi barədə yazılanlar yanlışdır. “ASK Şüşə” MMC “İnter Glass” Zavodunun bazasında yaradılıb. “İnter Glass” Zavodu Azərbaycanda şüşə istehsalı sahəsində ixtisaslaşmış yeganə və ən böyük müəssisə idi.
Şirkət son texnologiya ilə təchiz edilmiş və zavodun əksər avadanlıqları Almaniyadan gətirilmişdi. “Beynəlxalq Bank işi”nə görə “İnter Glass” şirkətinin də direktoru həbs edilmiş, sonra buraxılmışdı (“Beynəlxalq Bank işi”ndə adı keçən şirkətlərin çoxunun sahibi saxlanılıb, lakin şirkətlərini təhvil verdikdən sonra buraxılıb-red.). Necə olur ki, keçən il yaradılan müəssisə 2011-ci ildə “İlin şirkəti” mükafatına layiq görülüb? Bu müəssisə elə “İnter Glass”ın özüdür, sonradan şirkətin adı “Bakı Glass” olaraq dəyişdirilib, indi də “ASK Şüşə” deyirlər.
2017-ci il iyul ayının 17-də “Vergilər” qəzetinə istinadla eyni gündə bir ünvanda yaradılan 7 şirkətin ABB-dən kreditləşən müəssisələr olduğu ortaya çıxmışdı. Həmin gün daha bir müəssisə – “Azərşüşətara” MMC də dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 98 mln. 997,775 min manat təşkil edir. Hüquqi unvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 25-dir. Qaradağ rayonunda bir ünvanda iki şüşə zavodu olmadığına görə, bunlar eyni müəssisələrdir. Nizamnamə kapitalı da az deyil – 100 milyon manat.
Bir vaxtlar zavodun fəaliyyətinin Gürcüstanda genişləndirilməsi məqsədilə orada da ərazi satın alınmışdı. Lakin Beynəlxalq Bankın başına gətirilənlərdən sonra, Gürcüstanda törəmə müəssisənin açılmasına şərait olmadı.
Müəssisələrin maliyə resursları hara yoxa çıxıb?
“ASK”-ın məlumat resurslarına görə, “Azəripək” MMC baramadan xam ipəyi açan, toxucu, boyaq-bəzək, pambıqəyirici və burucu kimi 5 əsas istehsal sahəsindən ibarətdir. Müəssisədə quraşdırılmış Almaniya, Polşa, Hollandiya istehsalı olan avadanlıqlarda xam ipək, ipək şərflər, ipək kəlağayılar və pambıq iplik istehsal olunur. Hazır məhsullar Rusiya, Türkiyə, İran və Türkmənistana ixrac edilir.
Bu da əvvəlki “Şəki ipək” ASC-nin bazasında yaranmış şirkətdir. Lakin yenə 2017-ci ildə eyni gündə yenidən qeydiyyatdan keçirilən müəssisələrin siyahısındadır. “Şəki İpək” ASC-nin 37,5 milyon manat dəyərində əmlakı əsasında “Şəki İpək İstehsalı” MMC adı ilə qeydiyyata alınmışdı.
Amma 2018-ci il mayın 24-də dərc olunan daha bir məlumat diqqət çəkir. “Azərbaycan Sənaye Korporasiyası paralel strukturlar yaratmağa davam edir” başlıqlı xəbərdə deyilir ki, Korporasiya aprelin 16-da iki cəmiyyət – “Azəripək” MMC və “Azəralüminium” MMC təsis edib. Hər iki şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir. Hüquqi ünvanları Bakı, Tbilisi prospekti, 65, “ASK Plaza”-dır.
Göründüyü kimi, burada da artıq nizamnamə kapitalının “əridiyi” məlum olur. Əslində, bu müəssisələrdə kreditlərin səmərəsiz istifadə olunduğu iddiaları vardı və Beynəlxalq Bank yalnız həmin kreditlərə cavabdeh idi. Kimsə müəssisələrdə başqa problemlərin mövcudluğundan danışmırdı.
İndi məlum olur ki, iri zavod və fabriklər Cahangir Hacıyevin nəzarətindən çıxarıldıqdan sonra olan-qalan pulların da başına daş salınıb. 100 milyonlarla sərmayə qoyulan müəssisələrin indi cəmi 100 manatlıq nizamnamə kapitalı var.
Mütəxəssislər: “Yaxın illərdə barama istehsalı 700 tonu keçməyəcək”
K.Nəbizadə “Azəripək” MMC-nin fəaliyyəti ilə bağlı deyib ki, 2018-ci ildə 513 ton yaş barama tədarük edilib. Bunun 52-55 tonundan hazır xam ipək, iplik əldə edilməsi planlaşdırılır. Cənab Nəbizadənin sözlərinə görə, bu il 1000 ton yaş barama tədarükü gözlənilir və bunun üçün müvafiq tədbirlər proqramı tərtib edilib.
Proqram çərçivəsində Çindən 2 ədəd barama boğan avadanlığı satın alınıb. Bundan əlavə, “Azəripək” MMC-yə məxsus dəyirman kombinatında 400 ton gücündə barama tədarük məntəqəsinin yenidən qurulması, habelə 5 tonluq buxar qazanı ilə yanaşı, buxar xətlərinin çəkilməsi də nəzərdə tutulur. Əlavə 10 tonluq buxar qazanının quraşdırılmasına zərurət yaranıb.
Mütəxəssislərə görə isə, təşkilati işlər ən yüksək səviyyədə həyata keçirilsə belə, barama qurdunun bəslənilməsindən ötrü yem bazasının zəif olması yaxın illərdə 600-700 tondan artıq yaş baramanın tədarükünü mümkünsüz edir. “İpəkçi Qəzeti”nin yazdığına əsasən, istər 500 ton, istərsə də 700 ton yaş barama “Şəki İpək” kombinatının daimi fəaliyyəti və gəlirlə işləməsi üçün yetərsizdir. Anbarlardakı ipəyi xam şəkildə, yaxud hazır məhsula çevrilmiş şəkildə xaricə satmaq mümkün deyil, çünki maya dəyəri dünya bazarından bahadır: “Müəssisənin daimi fəaliyyəti və gəlirlə işləməsi üçün əvvəlcə ipəyin maya dəyərini aşağı salmaq, sonra süni liflərdən parça toxunmasını bərpa etmək lazımdır. Ən azından viskozadan parça toxumaq olar, bu da ipəkdir, təbii mənşəlidir və toxuculuq sənayesində geniş tətbiq olunur, tələbat daha çoxdur və xeyli ucuzdur. Tut ipəyi 100 il əvvəl dünya toxuculuq sənayesində öz yerini viskozaya verib. Təəssüf ki bunu müəssisənin rəhbərliyi və aidiyyatı olan məsul şəxslər hələ də anlaya bilmirlər”.
Bunları ixtisaslaşmış bir qəzet yazdığına görə, rahat istinad edə bilirik və əlavə şərhə də ehtiyac yoxdur. Kombinatın işçilərinə yalnız bir təsəllimiz var: gəlirlə bağlı narahat olmasınlar, “ASK”-da onsuz da mənfəətlə işləyəcəkləri ilə bağlı vəd verilmir.
“İnter Textile”-dən çıxarıb, “işləmək istəyən “ASK Tekstil”ə ərizə yazsın”, dedilər
Korporasiyanın təsis etdiyi iddia olunan daha bir müəssisə – “ASK Tekstil” MMC-nin nəzdində olan fabrikin iplik istehsal sahəsində 100 faiz pambıq olan 2 növ iplik istehsal edilir.
Tam avtomatlaşdırılmış trikotaj toxuma avadanlıqları vasitəsilə Türkiyədən gətirilən akril ipliklərdən və fabrikin istehsalı olan pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları istehsal edilir. Köynək istehsalı sahəsində isə əsasən tərkibi 100 faiz pambıq olan parçalardan istifadə olunur. Ənənəvi sahələrdən biri də xalça istehsalıdır. Burada bitki mənşəli boyalardan istifadə edilir və Azərbaycanın bütün xalçaçılıq məktəblərinin çeşidlərinin olduğu bildirilir.
Bu, fabrik haqqında saytda gedən bilgidir. Əslində isə Sumqayıt şəhərində yeləşən müəssisə “Beynəlxalq Bank”-dan kreditləşən “İnter Textile” şirkətinin maddi bazasında yaradılıb. İdarəçi dövlət qurumlarına verilənə qədər müəssisə işləyirdi, əməkdaşlarına da maaş verirdi.
Ötən il “İnter Textile”nin keçmiş işçiləri uzun müddət ödənilməyən maaşlarını tələb edirdilər. Müəssisə “ASK”a veriləndən sonra, iyun ayında işdən çıxarılıblar. Onlara fabrikin ləğv edildiyi deyilib. Bildirilib ki, işə qəbul üçün təzə rəhbərliyə ərizə yazmalıdırlar.
Korporasiyanın siyasəti: ərzaq, elektrik, qaz, su əvəzinə… köynək ödəmək
Çox maraqlıdır ki, bir tək ad dəyişikliyinə görə, bütün işi dayandırıb, işçiləri də çölə atıblar. Köhnə borcların əvəzində isə fabrikdə tikilən köynəklərdən təklif ediblər. İşçilər də ərzağın, qazın, suyun, işığın əvəzinə köynək verə bilməyəcəklərinə yeni rəhbərliyi heç cür inandıra bilmədiklərindən şikayətli idilər.
Tam avtomatlaşdırılmış trikotaj toxuma avadanlıqları vasitəsilə Türkiyədən gətirilən akril ipliklərdən və fabrikin istehsalı olan pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları istehsal edilir. Köynək istehsalı sahəsində isə əsasən tərkibi 100 faiz pambıq olan parçalardan istifadə olunur. Ənənəvi sahələrdən biri də xalça istehsalıdır. Burada bitki mənşəli boyalardan istifadə edilir və Azərbaycanın bütün xalçaçılıq məktəblərinin çeşidlərinin olduğu bildirilir.
Bu, fabrik haqqında saytda gedən bilgidir. Əslində isə Sumqayıt şəhərində yeləşən müəssisə “Beynəlxalq Bank”-dan kreditləşən “İnter Textile” şirkətinin maddi bazasında yaradılıb. İdarəçi dövlət qurumlarına verilənə qədər müəssisə işləyirdi, əməkdaşlarına da maaş verirdi.
Ötən il “İnter Textile”nin keçmiş işçiləri uzun müddət ödənilməyən maaşlarını tələb edirdilər. Müəssisə “ASK”a veriləndən sonra, iyun ayında işdən çıxarılıblar. Onlara fabrikin ləğv edildiyi deyilib. Bildirilib ki, işə qəbul üçün təzə rəhbərliyə ərizə yazmalıdırlar.
Korporasiyanın siyasəti: ərzaq, elektrik, qaz, su əvəzinə… köynək ödəmək
Çox maraqlıdır ki, bir tək ad dəyişikliyinə görə, bütün işi dayandırıb, işçiləri də çölə atıblar. Köhnə borcların əvəzində isə fabrikdə tikilən köynəklərdən təklif ediblər. İşçilər də ərzağın, qazın, suyun, işığın əvəzinə köynək verə bilməyəcəklərinə yeni rəhbərliyi heç cür inandıra bilmədiklərindən şikayətli idilər.
Onlar müəssisənin 2008-ci ildən yarandığını, oraya xeyli sərmayə yatırıldığını, bunun qarşılığında isə zəhməthaqlarının ödənilmədiyindən dolayı aidiyyatı qurumlara müraciət etdiklərini deyirdilər. Keçmiş işçilər iddia edirdilər ki, 2 milyonluq mal satılıb, amma ortada pul yoxdur. Həmin dövrdə ASC-nin idarə heyətinin sədri Şakir Musayev “Tərəqqi” medalı ilə təltif edilib.
Hansı sahəyə “daş atırsan”, gedib “Gilan”a dəyir
Sumqayıt İcra Hakimiyyətinin məlumat resurslarında bu müəssisənin 1974-cü ildə “Sumqаyıt Üst Trikоtаj” fаbrikinin əsasında yaradıldığı xatırladılır. Fаbrik 2000-ci ildə “Sumqаyıt Trikоtаj” АTSC, 2006-cı ildə özəlləşdirilməsi bаşа çаtdırıldıqdаn sоnrа “Sumqаyıt Trikоtаj” АSC аdlаndırılıb. 2008-ci ildə “Inter Textile” АSC-yə çevrilib. Cəmiyyətin əsas istehsal sahələrində yenidənqurma və bərpа işləri aparılıb, müasir toxuma, iplik və tikiş avadanlıqları quraşdırılıb.
Göründüyü kimi, şəhər İcra Hakimiyyətində də yaxın keçmişdə işlək olan bir müəssisədən danışılır. Şüşə zavodu, “Şəki İpək” ASC kimi, bu müəssisə də sahibini və adını azı 4-5 dəfə dəyişdirib.
İH-in saytında bu məlumatın böyründə “Gilan Textil” Parkı haqqında daha ətraflı və istehlakçını maraqlandıran məlumatlar yer alıb. Göz dəyməsin, hər sahədə də “Gilan”ın bir müəssisəsi var. Həm də onun təqdimatı “ASK” ASC saytındakı təqdimatdan daha cəlbedicidir. Peşəkar və qeyri-peşəkar işin uğurlu müqayisəsini buradan başlamaq olar…
Xəbərin oxunma sayı : 742
Gündəm
Xəbərlər
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
-
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Dəmiryol Vağzalının qarşısında bir sutka parkinqin qiyməti 30 manat olacaq – Tariflər
-
Bakıda qəribə hadisə: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
-
“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – FOTO
-
“Dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır“ - Si Cinpin
-
Elçin Babayev yenidən BDU-nun rektoru təyin edildi - Sərəncam
-
“Traktor” komandasının azarkeşləri yeni şüar təqdim ediblər - VİDEO
-
Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın havası
-
Arıqlamaq üçün istifadə edilən toxumların faydası və zərəri nələrdir? - ARAŞDIRMA
-
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid dəfn olundu - FOTO
-
Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər-VİDEO
-
Yeraltı dayanacaqlarda kəskin qiymət artımının səbəbi nədir? - AÇIQLAMA
-
“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən açıqlama
-
Binəqədidə binanın zirzəmisi su ilə dolub: Təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Mərkəzi Bank növbəti faiz qərarını açıqlayacaq - Tarix bəlli oldu
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR + VİDEO
-
Bakıda evə neft axır - VİDEO
-
Mənzil alışında yeniliklər - Nələr dəyişəcək?
-
“Serbiya tezliklə çox böyük təhlükə ilə üzləşəcək“ - Vuçiç
-
Qəbiristanlıqlar hasarlanır və zəbt edilir - VİDEO
-
Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib - RƏSMİ
-
Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə müraciət - VİDEO
-
Pakistanda terror hücumu nəticəsində çinlilər həlak oldular - FOTO
-
Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda Musiqi Kolleci köçürülür: Valideynlər nədən narazıdırlar? - VİDEO
-
Qırğızıstanın sabiq vəzifəli şəxsi Azərbaycanda həbs edildi - VİDEO
-
“Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır” - Azərbaycan XİN
-
Güney Azərbaycanın incisindən yeni görüntülər - VİDEO
TOP 10
ARXİV