Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: “Onlara seçkiyə müdaxilə gücünü kim verib?“

Tarix 25.01.20, 23:28

Font ölçüsü : - / +
bitmap-img6


107 saylı Qazax seçki dairəsindən deputatlığa namizəd, jurnalist Sevinc Kərimova Prezident İlham Əliyevə müraciət edib.

Namizəd tərəfindən Mia.az-a verilən məlumata görə, o, bu dairədə yerli rəhbərliyin seçkiyə ümdaxilə etmələrindən şikayətlənib:

"Möhtərəm Prezident!

Sizin parlamenti yeniləmək təşəbbüsünüzə qoşularaq, böyük inamla namizədliyimi doğulub, boya başa çatdığım Qazax rayonundan - 107 saylı dairədən verdim. Secki kampaniyası 1 həftədir başlayıb, amma YAP-ın namizədinə xidmət göstərən yerli icra nümayəndələri, kənd bələdiyyəl sədrləri və s. maraqlı şəxslər "artıq biz deputatımızı seçmişik" kimi şayiələrə aymaqla, seçicilər arasında çirkin rəylər yaradır, xoşməramlı missiyanıza kölgə salmağa cəhd edirlər. Əlbəttə, bir namizəd kimi, bu, məni məyus edir. Çox həvəslə  və inamla qoşulduğum bu seçkilərin yerli  rəhbər şəxslər tərfindən qəsdən belə nəzərdən salınması, insanların şəffaf seçki keçiriləcəyinə inamına birdəfəlik balta çalmaları qəbuledilməzdir.

Xahiş edirəm, Yuxarı Salahlı kənd icra nümayəndəsindən və Kosalar bələdiyyəsindən soruşulsun, onlar kimi seçiblər? Kənddə camaatın fikrini niyə çaşdırırlar? Onlara kim, yaxud haradan tapşırıq veriblər kii, namizədlərə qarşı ayrı-seçkilik etsinlər?".

Sevinc Kərimova deyib ki, müdaxilələrə baxmayaraq, o, indiyədək Daşsalahlı, Kosalar, Canallı, Hüseynbəyli, Qazaxbəyli, 1-ci Şıxlı, 2-ci Şıxlı, Yuxarı Salahlı, Aşağı Salahlı, Orta Salahlı kəndlərində yerli sakinlərlə səyyar görüşlər keçirib.






Xəbərin oxunma sayı : 229




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap