“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

10 erməni hərbçi təhvil verildi, mina xəritələri alındı

Tarix 04.12.21, 19:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar.

Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin edib.

Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.

"Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, - deyə məlumatda bildirilir.



Xəbərin oxunma sayı : 685




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap