| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
12 manatlıq quldurluq ittihamı 8 ilədək həbslə nəticələndi - Marixuana üçün pul verdilər...
Tarix 11.09.26, 12:21 |
|
Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin 12 manatlıq quldurluqda ittiham olunduğu cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Qaynarinfo xəbər verir ki, ittihama əsasən, quldurluq hadisəsi Bakıda gecə saatlarında baş verib.
Akif Qasımov (ad və soyad şərtidir) və Sakit Əzizov (ad və soyad şərtidir) əvvəlcədən razılaşaraq zərərçəkmiş şəxsin qarşısına çıxıblar. İstintaqın versiyasına əsasən, onların arasında rol bölgüsü olub. Sakit zərərçəkmişin müqavimətini qırmaq üçün ona yumruq və təpiklərlə zərbələr endirib. Akif isə həmin vaxt kişinin köynəyinin cibinə əl salaraq pul kisəsini çıxarıb. Pul kisəsində 12 manat olub.
İttihamda bildirilir ki, daha sonra hər iki şəxs hadisə yerindən uzaqlaşıb və cinayət yolu ilə əldə etdikləri pulu aralarında bölüşüblər.
Məhkəmə zamanı müttəhimlər verilən ittihamı qəbul etməyiblər.
Sakit Əzizov bildirib ki, zərərçəkmiş şəxsi əvvəldən tanıyıb və ondan narkotik vasitə alaraq istifadə edib. Onun sözlərinə görə, hadisədən 2-3 gün əvvəl zərərçəkmişə marixuana gətirməsi üçün 10 manat verib. Qarşı tərəf pulu götürərək səhər marixuananı gətirib verəcəyini vəd edib. Lakin bunu etməyib.
Hadisə günü Sakit kafedən çıxdıqdan sonra zərərçəkmişi görüb və yanına yaxınlaşıb. O, 10 manatını geri istəyib. Zərərçəkmiş isə üzərində pul olmadığını və pulu olanda qaytaracağını deyib.
Bu zaman Akif Qasımov onların yanına gəlib. Sakitin sözlərinə görə, bir qədər söhbət etdikdən sonra Akif əlini zərərçəkmişin köynəyinin cibinə salaraq pul kisəsini çıxarıb və ona verib. Kisədə 12 manat olub.
Bundan sonra zərərçəkmişlə aralarında mübahisə yaranıb. Müttəhim bildirib ki, zərərçəkmiş sərxoş olub və onun ünvanına nalayiq ifadələr işlədib. O da söyüşlərə əsəbiləşərək zərərçəkmişə yumruq və təpiklərlə zərbələr endirib.
Sakit Akiflə əvvəlcədən əlbir olmadığını və quldurluq etmək barədə razılaşmadıqlarını iddia edib.
Akif Qasımov da ittihamı qəbul etməyib. O bildirib ki, hadisə günü kafedə spirtli içki qəbul edib. Kafedən çıxarkən Sakitlə zərərçəkmiş şəxsin söhbət etdiyini görüb və onların yanına yaxınlaşıb.
Akifin ifadəsinə əsasən, söhbət zamanı əlini zərərçəkmişin cibinə salaraq pul kisəsini çıxarıb və Sakitə verib. Sakit də pul kisəsindəki vəsaiti çıxararaq ona verib. Akif isə pulu zərərçəkmişə qaytarması üçün yenidən Sakitə verib və oradan uzaqlaşıb.
O, Sakitin zərərçəkmişi döyməsini görmədiyini bildirib.
Zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadə isə müttəhimlərin söylədiklərindən fərqli olub.
O bildirib ki, həmin gecə kafedən çıxaraq piyada evinə gedərkən Sakit ona yaxınlaşıb və pulunu başqa yerlərə xərcləməməsini, pullarını onlara verməsini deyib. Daha sonra Akif də onların yanına gəlib.
Zərərçəkmişin sözlərinə görə, Akif pul verməsini tələb etdikdən sonra əlini onun köynəyinin cibinə salıb və pul kisəsini çıxarıb. İddiaya görə, Akif pul kisəsini açaraq içərisindəki 12 manatı götürüb cibinə qoyub, pul kisəsini isə Sakitə verib. Sonradan pul kisəsi zərərçəkmişə qaytarılıb.
Lakin o, pulunu geri tələb etdikdə vəziyyət dəyişib. Zərərçəkmişin ifadəsinə görə, Sakit qəfil onun sifət və baş nahiyəsinə yumruqla zərbələr endirməyə başlayıb.
Zərbələr nəticəsində yerə yıxılan kişi xəsarətlər alıb. O, bir müddət gözlərinin qaraldığını bildirib. Özünə gəldikdən sonra ətrafına baxdığını, lakin artıq heç kimi görmədiyini deyən zərərçəkmiş hadisə barədə “102” xidmətinə məlumat verdiyini bildirib.
Zərərçəkmiş həmçinin qeyd edib ki, şikayət ərizəsini geri götürüb və hazırda müttəhimlərdən şikayətçi deyil.
Buna baxmayaraq, məhkəmə iki şəxsin də qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etməsi qənaətinə gəlib və hər iki şəxsi Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən quldurluq) ilə təqsirli bilib.
Sakit Əzizov 8 il 6 ay, Akif Qasımov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 1660
Hadisə
Xəbərlər
-
Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı - VİDEO
-
Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur - Uşakov
-
Binəqədidə 14 mərtəbəli binaların üstünə gizlin mansard artırılır - VİDEO
-
Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO
-
TƏBİB bu şirkətlə 37 milyonluq müqavilə bağlayıb - DETALLAR
-
“Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər“ - Qonşularını öldürən ər-arvadın İŞİ
-
Ahıl şəxsə sosial xidmət müəssisəsində yardım edilməyib? - VİDEO
-
Yeni nazir müavini təyin edildi - Sərəncam imzalanıb + FOTO
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - DETALLAR
-
“Formula 1“ yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi
-
Ərdoğanın yenidən namizəd olması üçün növbədənkənar parlament seçkiləri keçirilməlidir - Bahçeli
-
Bu maşınların qiyməti kəskin ucuzlaşdı - 2600 manatdan başlayır...
-
Müəllimlər üçün geyim qaydaları və tələbləri müəyyən edildi - Nazirlər Kabineti təsdiqlədi
-
“Ermənistan məsuliyyəti Moskvanın üzərinə qoymağa çalışır“ - Rusiya XİN
-
DİM sədrindən boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
Makron nüvə silahının sınağı barədə: Mesaj lazım olan yerə çatdı
-
Tərtərdə 11 nəfərin yaratdığı kredit ittifaqı Ağdamda 11 nəfəri məhkəməyə verib - TƏFƏRRÜAT
-
Azərbaycandan ən çox narazı qalan turistlər hansı ölkələrdən gələnlərdir? - Siyahı
-
Bulvarda 630 minlik “Lamborghini“ ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
-
“Yanımızda hər həftə bir gəmi vurulur” - 12 azərbaycanlı dənizdə çarəsiz qalıb
-
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - Fotolar
-
Ev tikmək istəyənlərə şok qayda: Bu sənədlər olmadan tikintiyə başlamaq olmaz
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda kirayə ev böhranı - 600 manata mənzil tapılmır
-
Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - FOTOLAR
-
İsraildən Türkiyəyə ən çox hansı mallar ixrac olunub? - SİYAHI
-
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
-
“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb“ - Misir Mərdanov
-
TikTok-da “vəkiləm” deyib yarım milyon topladı - Zərərçəkənlər məhkəmədə
-
Bayramov ABŞ rəsmisi ilə görüşdü - Nələr müzakirə olunub?
-
“Əlağa Paşayevin fəaliyyəti yoxlanılsın” - Bələdiyyə sədrlərindən müraciət
-
Pensiya fondu ilə bağlı ciddi xəbərdarlıq: 10-15 ildən sonra nə baş verəcək?
-
“44“ bədii filminin daha bir tizeri yayımlanıb - VİDEO
-
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə direktor təyin edildi - FOTO
-
Ermənistan parlamentində dava düşdü - VİDEO
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı
-
TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik - Paşinyan
-
Qapını qıran arvadını yatdığı yerdə boğdu - Ağstafada
-
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür - Səbəbi nədir?
-
Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - FOTOLAR
-
Duracaqlarla bağlı dəyişiklik – Qərar imzalandı
-
ABŞ Rusiyaya yardım təklif etdi - İrkutskda “ağciyər taunu“ yayılıb, ölən var...
-
Xəstəxana direktoru yeni TƏBİB şefinə etiraz olaraq işindən ayrıldı - FOTO
-
Bakıda daşınmaz əmlak yenidən bahalaşdı - Ən çox hansı rayonlarda?
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi - TƏFƏRRÜAT
-
Qarşıdakı dövr üçün yeni yol xəritəsi
-
ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub - Tramp
-
Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - QƏRAR
-
Həmin hücumda bir vətəndaşımız ölüb, biri itkin düşüb, üçü yaralanıb – XİN
-
Türkiyə Səudiyyə Ərəbistanına hərbçi göndərəcək - Husilərə görə
-
Beyləqanda Beynəlxalq Müəllimlər Günü qeyd olundu - FOTOLAR
-
Penitensiar Xidmətdə gözlənilməz əməliyyat - Kadrlar İdarəsinin sabiq rəisi saxlanıldı
-
Sumqayıtda avtobuslar niyə nağdsız ödəniş sisteminə keçirilmir? - VİDEO
-
Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
-
“Bu, Amerika üçün böyük bir gün olacaq” - Tramp
-
Azərbaycanda iki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
-
Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
La Liqanın ən bahalı futbolçuları: Arda Güler tarixə düşdü
-
General Nizami Məmmədov haqda son qərar verildi - 143 milyonluq yeyinti işi...
-
Nərimanovda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
-
Süni intellektin inkişafından əldə olunan faydalar onunla bağlı bütün risklərə dəyər - Sem Altman
-
Dövlətin milyonlarını belə mənimsəyiblər: 16 saxta MMC və məhkəmədə ifşalar!
-
Kirayə mənzil almaq istəyənlərin nəzərinə: Müraciətlər dayandırılır
-
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı - Paylaşım
-
NATO Rusiyanın hücumu halında “sürətli qələbə“ planı hazırlayır - “Bloomberg”
-
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub - Nələr müzakirə olunub?
-
Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? - VİDEO
-
Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir - Zaxarova
-
Makronun hakimiyyəti dövründə Fransa Avropanın “ən zəif halqasına” çevrilib - Bloomberg
-
Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
-
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım
-
“Nüvə bombaları İsraili məhv etmək üçün idi“ - Benyamin Netanyahu
-
Bu şirkətlər də etibarsız təchizatçıların reyestrinə daxil edilib - TƏFƏRRÜAT
-
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - Fotolar
-
Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçilik maraqlarını, milli iradəni və ölkənin gələcəyini əsas siyasi prioritet kimi müəyyənləşdirib
-
Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar
-
Bosniyada Rusiyapərəst partiya qalib gəldi - Dodik zəfərini Putin və Trampa həsr etdi
-
Magistraturada “pullu”ya düşən tələbələrə müjdə - DİM məlumat yaydı
-
“Azəriqaz“ın adından 10 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
-
Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı
-
Zəngilanda fəhlələr arasında kütləvi dava - xəsarət alan var
-
Sabah bəzi yerlərdə leysan olacaq - Xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda tauna yoluxan var? - Rəsmi açıqlama
-
Prezident Fərman imzaladı: Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik
-
Mənzil bazarında qiymətlər yenə qalxdı - Sentyabrın rəqəmləri
-
Bu şəxslərə 20 min pul verilə bilər - Nazirdən şad xəbər
-
Polis Siyəzəndə əməliyyat keçirdi: 14 nəfər saxlanıldı
-
Nazirlik 16 tender keçirib - Hamısında onun şirkətləri qalib gəlib
-
Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - Fotolar
-
Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
-
Milyarderlər Britaniyanı tərk edir - 160 milyard dollarlıq aktiv çıxarıldı
-
Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
-
Yeni ildən pensiyalar necə hesablanacaq? - İqtisadçı AÇIQLADI
-
VIII Qurultay-Azərbaycanın yeni inkişaf mərhələsinin əsas hədəflərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli siyasi hadisə kimi yadda qaldı
-
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: “Bunu ona yaraşdırmadım“
-
Bir milyardlıq müflisləşmə - Vətəndaşların 400 milyon manatı necə batdı?
-
Husilər “Əş-Şəbab”la İsrailə qarşı ittifaq qurmağa çalışır - “Financial Times”
-
Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
-
Prezident Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
-
Bu sənəd artıq kağızla verilməyəcək - YENİLİK
-
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar
-
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul etdi - FOTOLAR
-
Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - “Boz kardinal” nə deyəcək?
-
Rusiya bütün Donbası ələ keçirənədək dayanmayacaq - Peskov
-
Məktəblərin maliyyələşməsi dəyişir: 100 təhsil müəssisəsində yeni sistem
-
Prezident dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR
-
“Alim Qasımov toyumda oxumaq üçün 15000 istədi“ - Pünhan Piriyev
-
Yəməndə qızğın döyüşlər gedir - 1700-dən çox husi döyüşçüsü öldürülüb
-
Böyük Britaniya Çin avtomobillərinə rüsum tətbiq etməyə hazırlaşır - “The Times“
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
Vaşinqton və Minsk yaxınlaşır - 30 min tonluq yük yola düşdü
-
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
-
Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Neftin qiyməti 100 dollardan aşağı düşmür: Bloomberg 5 səbəb açıqlayıb
-
Adnan Əhmədzadənin “Grand-Mart“ında böhran? - Vergi borcu 1.2 milyonu ötdü
TOP 10
ARXİV






