Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

154 “Tomoqavk” daşıyan “Miçiqan” sualtı qayığı Koreya sahillərinə çatıb

Tarix 25.04.17, 21:05

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Koreyanın yeni raket və nüvə silahının sınaqları ilə bağlı narahatlıqların mövcudluğu fonunda ABŞ-ın sualtı qayığı Cənubi Koreya sahillərinə çatıb. Xəbərlərə görə“Michigan” gəmisi “Carl Vinson” təyyarədaşıyıcı başda olmaqla bölgəyə göndərilmiş ABŞ donanmasına qoşulub.

Bu gün Şimali Koreya öz ordusunun yaradılmasının 85-ci ildönümünü qeyd edir. Adətən bu günlərdə raket sınaqları həyata keçirilir. Son həftələr ərzində ABŞ və Şimali Koreya arasında sərt bəyanatların mübadiləsi gərginliyin artmasına səbəb olub.

Sabah aprelin 26-da ABŞ Senatının üzvləri tam tərkibdə Ağ Evdə Şimali Koreya mövzusundakı keçiriləcək brifinqə dəvət olunub. Bu, qeyri-adı hal sayılır. “Michigan” atom sualtı qayığı 154 “Tomahawk” raketini daşıyır.  Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti bu haqda xəbər verib. Pxenyan isə özünün qəzəbli reaksiyasında "ABŞ aqressiyasına olduqca güclü önləyici zərbə" ilə cavab verəcəyini bəyan edib.



Şimali Koreya böhranı hazırda bir neçə istiqamətdə inkişaf edir. ABŞ hərbi sualtı qayığının Cənubi Koreya limanında lövbər salması adi bir haldır. Lakin artan gərginliyə görə buna xüsusi əhəmiyyət verilir. Boyun əyməyən Pxenyan, hətta Çinin ünvanına xəbərdarlıqla çıxış edib. O bildirir ki, Çinin ABŞ-a güzəştə getməsinin nəticələri "fəlakətli" ola bilər. Tokioda görüşən Cənubi Koreya, ABŞ və Yaponiya nümayəndələri böhrandan çıxış yollarını müzakirə edirlər.

Bundan əvvəl prezident Trampın siyasi sələfinə bildirilib ki, həmləyə məruz qalan Pxenyan Seul-a zərbələrlə cavab verə bilər. Ekspertlərdən biri belə həmlənin ilk gündə onminlərlə insan ölümü ilə nəticələnəciyini proqnozlaşdırıb. Prezident Tramp hesab edə bilər ki, Şimali Koreyanın nüvə silahına sahib olmaq təhlükəsi bu riskə bəraət qazandırır.

“Michiga”n sualtı qayığının bölgəyə güc nümayişi kimi göndərilən ABŞ gəmilərinin hərbi manevrlərində iştirakı gözlənilir. Aprelin əvvəlində prezident Donald Tramp bölgəyə "təyyarə daşıyıcısından dəfərlərlə daha güclü olan sualtı qayığı"nı göndərdiyini bəyan etmişdi. Çin, tərəfləri gərginliyi daha da artıran addımlardan yayınmağa səsləyib.



Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap