Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

15 yaşlı oğlanın cinayət işində müəmma: anasının sevgilisini bıçaqladığını deyirdi, indi isə...

Tarix 25.09.18, 0:32

Font ölçüsü : - / +
bitmap-img6


Anası ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayan şəxsi bıçaqlayan 15 yaşlı gənc məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 2003-cü il təvəllüdlü Əli Qasımovun (ad və soy ad şərtidir) cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

İttihamda yazılır ki, Əli Qasımov atası ilə əlbəyaxa dava edən Qurban Qarayevin kürək nahiyyəsindən bir neçə zərbə endirib. Əlinin valideynləri ayrılıb. Qurban Qarayev onun anası ilə ər-arvad münasibətlərində yaşayırmış. Qurban Qarayev həmin gün Əlinin anasının yaşadığı evə gəlib. Bu zaman Əlinin atası da orada olub. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

Məhkəmədə sərbəst ifadə verən Əli Qasımov əməlini etiraf edib və özünü təqsirli bilib. O, ifadəsində deyib ki, bıçaqladığı şəxs Qurban Qarayev atası ilə mübahisə edib.

Əli onları sakitləşdirmək istəyib, amma sonda qanlı cinayəti törədib: "Həmin vaxt özümdə olmamışam. Qorxdum ki, bir-birlərinə nəsə edərlər. Bıçağı həyətdən yerdən tapdım. Necə vurduğumu bilmirəm".

Prosesdə zərərçəkmiş Qurban Qarayev yenidən dindirilib. Q.Qarayev deyib ki, həbs edilən Əlinin anası Reyhan Əliyeva (ad və soyad şərtidir) ilə münasibətləri olub.

"Mən də ailəli olub ayrılmışam. Həmin gün Reyhan məni evlərinə çağırdı. Ora gedəndə Əlinin atası ilə rastlaşdım. Onunla sözümüz çəp gəldi. Əlbəyaxa olduq. Qapının ağzından yerə yıxıldıq. Mən Əlinin atasının üstündə idim. Kürəyimdən bıçaqla vurdular" - deyən Qurban Qarayev onu bıçaqlayan şəxsi görmədiyini qeyd edib.

Suallara cavab verən Qurban Qarayev onu bıçaqlayan şəxsi görmədiyini deyir. O, iddia edir ki, Əlinin atası ilə dava edərkən onu arxadan vurublar.

Məhkəmədə Əlinin anası Reyhan Əliyeva da yenidən dindirilib. Reyhan Əliyeva ötən prosesdəki ifadəsində göstərmişdi ki, uşaqlarının atasından ayrıldıqdan sonra Qurban Qarayevlə ər-arvad kimi yaşamağa başlayıblar. Aralarında sadəcə kəbin kəsilib. R.Əliyeva istintaqa ifadəsində hazırda zərərçəkmiş şəxs olan Qurban Qarayev tərəfindən dəfələrlə zorlandığını deyib. Hətta zorlanması barədə Xətai Rayon Prokurorluğuna da şikayət edibmiş.

Bu gün baş tutan prosesdə isə hakim hadisə günü baş verənləri yenidən Reyhan Əliyevadan soruşub. O, deyib ki, oğlu evdə olub. Keçmiş əri ilə Qurban Qarayev dava edəndə oğlu orada olmayıb.

Hakim növbəti dəfə Əlidən cinayəti törədib-törətməməsini soruşub. Əli bir daha bunu təsdiqləyib və Qurban Qarayevi bıçaqladığını deyib.

Daha sonra Əlinin vəkili onunla məsləhətləşmək üçün məhkəmədən vaxt istəyib. Əli vəkili ilə məsləhətləşdikdən sonra fikrini dəyişib və bildirib ki, cinayəti o törətməyib. Əli istintaqda müstəntiqin təzyiqi ilə belə bir ifadə verdiyini deyib. Söyləyib ki, cinayəti etiraf etməyəcəyi halda atası və anasının da həbs ediləcəyi deyilib. Buna görə də cinayəti boynuna alıb.

Prokuror isə yaranmış vəziyyətə etiraz edib. Bildirib ki, Əli istintaqda təzyiqlə üzləşdiyini desə də məhkəmədə sərbəst ifadə verib. Və burada da əməlini etiraf edib. Prokuror təqsirləndirilən şəxsin məhkəmədə yalan ifadə verdiyini deyib. Hakim isə bildirib ki, təqsirləndirilən şəxsin ifadəsini dəyişməsi onun hüququdur.

Məhkəmədə o da məlum olub ki, Reyhan Əliyeva bir zamanlar sevgi münasibətlərində olduğu Qurban Qarayev tərəfindən şantaj edilir, hədələnir. Reyhan Əliyeva da bunu təsdiqləyib. Hakim tərəflərin hər birinə xəbərdarlıq edib ki, yalan ifadə verməyə görə məsuliyyət daşıyırlar.

Daha sonra suallara cavab verən Reyhan Əliyeva tamamilə fərqli ifadə verib. Söyləyib ki, Qurban onların evinə gələndə üzərində bıçaq olub. Məhz bıçaqlama hadisəsində istifadə edilən bıçaq həmin bıçaq imiş. Reyhan Əliyevanın ötən prosesdə isə hadisə zamanı ümumiyyətlə bıçaq görmədiyini dediyi məlum olub.

Əlinin atası da məhkəmədə dindirilib. O, deyib ki, həyətdə Qurbanla dava edəndə onu kimin bıçaqladığını görməyib. Bildirib ki, dava zamanı yerə yıxılıb və buna görə də bıçaqlanmanı görməyib.

Hakim qərara alıb ki, iş üzrə Əlinin bacısı və dava zamanı orada olan qonşu da şahid qismində dindirilsin. Bu səbəbdən də məhkəmə iclası oktyabrın 1-nə təxirə salınıb.

Qeyd edək ki, 15 yaşlı Əli Qasımov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.



Xəbərin oxunma sayı : 958




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap