Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

Tarix 19.03.19, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Özəlləşdirmə hərracında 11 dövlət əmlakı üzrə 14 sifarişçi iştirak edib

Bu dövlət əmlaklarından biri Şamaxı rayonu, Şəhriyar qəsəbəsindəki “Şamaxı Dəmir Beton” səhmdar cəmiyyətidir. Dövlət əmlakının nizamnamə kapitalındakı səhmlərinin 30%-i həcmində səhm paketi iştirakçı tərəfindən özəlləşdirildi. Dəmir-beton məmulatlarının istehsalı üzrə fəaliyyət göstərən dövlət müəssisəsinin ərazisinə sement anbarı, armatur, beton və digər materialları hazırlayan sexlər aiddir.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə Şamaxıdakı Qaleybuğurd Yardımçı Kənd Təsərrüfatı, Şirvan şəhərindəki Mexanizasiya Sahəsi və digər dövlət obyektləri aiddir.

Qeyd edək ki, bu dövlət əmlakları torpaq sahələri ilə birgə özəlləşdirildi. Mingəçevir şəhəri, Gəncə şosesindəki kiçik dövlət müəssisəsinin ümumi faydalı sahəsi 203.4 kv.m-dir. Adıçəkilən dövlət əmlakı müxtəlif xidmət sahələri üzrə investora gəlir qazandıra bilər.

Qeyri-yaşayış sahələri isə paytaxtda və Daşkəsən şəhərində yerləşir. Xətai rayonu, Neapol küçəsindəki bu növ dövlət obyektinin ümumi faydalı sahəsi 133.8 kv.m-dir. Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsindəki qeyri-yaşayış sahəsinin isə ümumi faydalı sahəsi 43.7 kv.m-dir. Özəlləşən nəqliyyat vasitələrindən birinin buraxılış tarixi 2007-ci ildir. QAZ-3102 markalı bu avtomobilə ümumilikdə 4 sifariş verilmişdir.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 27 mart tarixində keçiriləcək. Hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Özəlləşməyə çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.



Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap