Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

1.5 milyonluq dələduzluqda adı hallanan şirkət rəhbəri azadlıqda – 1 ay əvvəl həbs olunmuşdu

Tarix 31.01.23, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


"Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbəliyevin azadlığa buraxıldığı bildirilir.

KivNews.com-a şikayətçilərin verdikləri məlumata görə, Oqtay Zərbalıyev bir neçə gün əvvəl Xətai Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Onun hansı şərtlər daxilində həbsdən azad olunması bilinmir. Amma verilən məlumata görə, Oqtay Zərbəliyev saxlanıldıqdan sonra apelyasiya şikayəti vermiş, amma birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdı.

Əldə etdiyimiz məlumata görə, dünən Xətai rayon Polis İdarəsində şikayətçilərlə bir yerdə söhbət edən Oqtay Zərbəliyev bildirib ki, birbaşa özü aldığı pulları geri qaytaracaq, "Zamin Əmlak"ın digər işçilərinin aldığı pulların ona aidiyyatı yoxdur. 

Qeyd edək ki, 07.01.2023-cü il tarixində DİN-in Mətbuat xidmətinin verdiyi rəsmi məlumata görə, Xətai rayonunda fəaliyyət göstərən "Zamin Əmlak Agentliyi”nin direktoru vəzifəsində çalışan Oqtay Zərbalıyev həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən ümumilikdə 78 nəfərə qarşı dələduzluq ediblər.

Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərdən ümumilikdə 1 490 200 (bir milyon dörd yüz doxsan min iki yüz) manat məbləğində pul alıb ələ keçirərək dələduzluq ediblər.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Oqtay Zərbalıyev və qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 721




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap