Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

1 manata dönər? – Qida Təhlükəsizliyi Agentliyindən açıqlama

Tarix 12.04.18, 23:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakının bir çox yerlərində 1 manata satılan dönərin insan orqanizmi üçün təhlükəli olub-olmamasına münasibət bildirib.

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qiymət baxımından tənzimləməni bazar həyata keçirdiyi üçün hər bir fiziki və hüquqi şəxs sahib olduğu məhsulu istədiyi qiymətə sata bilər: “Satılan məhsulun qiymətinin aşağı olması heç də həmin məhsulun insan sağlamlığı üçün təhlükəli olduğu mənasına gəlmir. Yalnız aparılmış laborator müayinələrin nəticələri əsasında hər hansı bir məhsulun insan qidası üçün yararlı olub-olmaması haqqında rəy vermək olar”.

Qeyd olunub ki, QTA qida məhsullarının təhlükəsizliyinə nəzarəti həyata keçirən dövlət orqanı kimi hər hansı məhsul haqqında yalnız rəsmi faktlara əsaslanaraq rəy verir: “Belə rəylər laborator müayinələrin nəticələrinə əsaslanır. Hazırda qurum qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı olaraq, struktur bölmələrinə ixtisaslaşmış kadr potensialının cəlb edilməsini, qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi bazanın hazırlanmasını həyata keçirir”.

Eyni zamanda əlavə olunub ki, Agentliyin ünvanına “dönər əti” ilə əlaqədar şikayət faktı daxil olmayıb: “Agentlik fəaliyyətə başladıqdan sonra risk dərəcəsi əsasında bütün qrup qida məhsullarının təhlükəsizliyinə nəzarət edəcək, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada qarşısına qoyulmuş vəzifələrin icrasını həyata keçirəcək”.



Xəbərin oxunma sayı : 412




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap