Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

2-3 sakinin borcuna görə 500 ailənin suyu verilmir

Tarix 25.02.17, 17:11

Font ölçüsü : - / +
bitmap-img6


Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 11/13-dəki binada yaşayan 500-dək ailə 3 gündür su üzünə həsrət qalıb. Suyun verilməməsinin səbəbi isə bir neçə sakinin su pulunu vaxtında ödəməməsidir

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Şikayətçilərin sözlərinə görə, 2-3 borclu abonentə görə bütün binanın suyu kəsilib. “Nəsimi rayon Sukanal İdarəsinə müraciət etdik, borclu abonentlərin əvəzinə pul ödəməyimizi məsləhət gördülər. İki-üç sakinə görə pulu vaxtında ödəyənlərin suyu verilmir. Bizə dedilər ki, ya pulu onların əvəzinə siz ödəyin, ya da onlara təzyiq edin”, - şikayətçilər deyiblər.

Sakinlərin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə müraciətindən sonra su müvəqqəti də olsa verilib, lakin bu dəfə qrafiki dəyişiblər. “Gecə saatlarında fasilələrlə su verildi. Bir qab içməli su götürmək üçün gecə səhərə kimi su borusunun qarşısında keşik çəkməli olduq”, - deyə müraciətdə qeyd olunur.

Nəsimi rayonu Sukanal İdarəsindən isə deyiblər ki, şikayət varsa araşdırma aparılacaq: “Hazırda bütün əməkdaşlarımız ərazilərdədir. Yəqin ki, şikayət varsa tədbir görüləcək”.



Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap