Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

2018-ci il iqtisadiyyatda nə ilə yadda qaldı? –Ekspertlər mənfi və müsbət məqamları açıqladılar

Tarix 17.12.18, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


İl başa çatır, iqtisadçılar, siyasilər bu dövrdə yadda qalan hadisləri təhlil edib nəticələri ortaya qoymağa çalışırlar. Deputat Vahid Əhmədov 2018-ci ilin iqtisadi əhəmiyyət kəsb etdiyini düşünür.

Deputat bu barədə danışarkən deyib ki, Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin açılışı olub. Bu layihənin mühüm bir hissəsi olan TANAP-ın ( Trans Anadolu Qaz Kəməri) inşası başa çatıb.

Vahid Əhmədov qeyri-neft sektorunda 10 faizə yaxın artımın olduğunu xatırladıb:

“Düzdür, kənd təəsrrüfatında müəyyən qədər artım var, idxal-ixrac əməliyyatlarında müsbət saldo yaranıb. Amma bir sıra məsələlər var ki, gələn il diqqət mərkəzində olmalıdır. Qeyri-neft sektorunu daha da şaxələndirmək, ixracı daha da stimullaşdırmaq üçün əlavə tədbirlərə ehtiyac var”.

Deputat vurğulayıb ki, Milli Məclisdə bank sektoru ilə bağlı çoxlu müzakirələr getsə də, bu istiqamətdə ciddi islahatlara nail olunmayıb:

“ Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən işlər görüb, amma bank sektorunda, hələlik, kapitallaşma prosesi getmir. Bank faizlərinin azaldılması, yaxud keçmiş kreditlərin ödənilməsi qalır. Ümumi götürdükdə bu il siyasi və iqtisadi cəhətdən də əhəmiyyətli il olub. Ən əsası müstəqillik qorunub və sabitlik də var”

Başqa bir iqtisadçı Məhəmməd Talıblı isə daha çox mənfi məqamların üzərində dayanıb.O, bildirib ki, iqtisadiyyatda neft amilinin dominant olmasına baxmayaraq həmin sahədə qabarmalar yox, çəkilmələr baş verib.

İqtisadçı son vaxtlar bəzi neft şirkətlərinin Azərbaycanı tərk etməsini xatırladıb.

Məhəmməd Talıblı 2018-ci il üzrə ikinci mənfi məqam kimi bank sektorundan bəhs edib.

Məhəmməd Talıblı hesab edir ki, 2019-cu ilin ən mənfi gözləntisi Dövlət Neft Fondunun (DNF) aktivlərindən daha çox dövlət büdcəsinə köçürmələrin edilməsi və bununla da tikinti layihələrinin həcminin genişləndirməsidir:

“Dövlət büdcəsinin gəlirlərinin 50 faizini DNF-dan transfertlərin təşkil etməsi böyük məbləğdir. Bunun iqtisadi mənada tərcüməsi o deməkdir ki, dövlət büdcəsi nəzərdə tutulan xərclərinin ən yaxşı halda 50 faizini DNF-nin ehtiyatları olmadan maliyyələşdirə bilər. Nəsillərarası neft-qaz gəlirlərindən bölgünü nəzərdə tutan DNF-nin ehtiyatlarının sürətlə “əriməsi” təkcə gələn il deyil, yaxın gələcəyin ən narahatedici məqamlarından sayılmalıdır”.



 



Xəbərin oxunma sayı : 136




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap