Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

2018 – Suriyada həlledici il:Böyük diplomatik manevr dövrü başlayır – TƏHLİL

Tarix 01.11.17, 21:22

Font ölçüsü : - / +
bitmap-img6


Əbubəkr əl-Bağdadinin elan etdiyi bədnam "xilafət"in məğlubiyyətinə demək olar ki, nail olunub. Yəqin ki, 2018-ci ilin əvvəlində o, bütünlüklə Yer üzündən silinəcək. Suriyada isə 2011-ci ildə ortaya çıxan müharibənin yeni diplomatik-hərbi mənzərəsi yaranmaqdadır.

BMT-nin xüsusi elçisi Staffan de Mistura bugünkü vəziyyəti belə yekunlaşdırıb: "İŞİD səhrada darmadağın edilib (…) Terrorizm hərbi vasitələrlə məğlub edilmədiyindən müdafiə mövqeyinə çəkilib (…) Hərbisizləşdirilən zonalar barədə müqavilələr bəzən ciddi şəkildə şübhə doğurur, lakin nəticələr var".

Yeni güc tənliyi


Mənzərəyə nəzər salaq.

“Suriya Demokratik Qüvvələri” (ABŞ və Fransanın dəstəklədiyi kürdlər) tezliklə (Rusiya, İran və “Hizbullah” tərəfindən dəstəklənən) Bəşər Əsədin əsgərləri ilə qarşı-qarşıya qalacaq. Yaxın Şərqin mötədil üsyançı qüvvələri, Şamın ətrafında və cənubdakı bir neçə rayon istisna olmaqla, xəritədən tamamilə yoxa çıxıb. Yalnız İdlib bölgəsi “əl-Qaidə” ilə əlaqəli olan bəzi “cihadçı” qrupların əlində qalır.

Beləliklə, iki görüşlə (Astana, 30-31 oktyabr; Cenevrə, 28 noyabr) böyük diplomatik manevr mərhələsi başlayır. Bundan əvvəl Fransa, “P5+” formatı da daxil olmaqla, əlaqə qrupunun yaradılmasını təklif edərək oyuna qayıtmağa çalışıb. Əslində, Emmanuel Makron bu fikri BMT Baş Assambleyası çərçivəsində Donald Trampa sırımağa müvəffəq olub. Lakin ABŞ-ın İranı prosesə daxil etməkdən imtina etməsi ilə fransız ideyası ölüb.

De-fakto, Cenevrədə (Staffan de Misturanın rəhbərliyi altında) BMT-nin bugünkü prosesi həqiqətən, heç bir həllə nail ola bilməyib. Hazırkı yeni hərbi konfiqurasiyada vəziyyətin tezliklə dəyişəcəyi ehtimalı yoxdur. Bəşər Əsəd rejimi, keçmişdəkindən fərqli olaraq, heç bir güzəştə getməyəcək və ya o, müxalifətlə hər hansı bir siyasi razılaşma prosesinə girməyə daha az meylli görünür.

Astanada – “yox”

Yalnız Astana prosesi üzdə qalır və o, ciddi şəkildə siyasi çərçivəyə malik deyil. Bununla belə, dörd hərbisizləşdirilən zonanın yaradılması ilə nəticələnib. Buna görə də, hazırda Rusiya, İran və Türkiyədən ibarət formatda iştirakçıların sayını genişləndirmək vaxtı deyilmi?

Astanada keçirilən danışıqlarda Misir, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Çin daxil olmaqla, bir sıra ölkələrin adları təklif olunub. Türkiyə bu təklifə qarşı çıxıb.

Hər halda, Suriyanın gələcəyinə dair real müzakirələr Cenevrədə deyil, Qazaxıstanın paytaxtında gedir. Təsəvvür etmək çətindir, amma Suriyanın taleyi indi Moskva, Tehran və Ankaranın əlindədir.

Bir ölkənin yenidən qurulması beynəlxalq güclərin iştahasını artırır. Çin və Misir vətəndaş müharibəsi səhifəsini çevirmək üçün səy göstərməyə hazır olduqlarını bəyan edib. Davam edən diplomatik müzakirələr birmənalı olaraq Avropa xaricində görünsə də, əhval-ruhiyyə tezliklə dəyişəcək. Əslində, bir sıra Aİ ölkələri artıq diplomatlarını və təhlükəsizlik agentlərini Şama göndərməyə başlayıb.


ABŞ-ın rolu azalıb


Bütün bunlarda ABŞ-ın yeri haradadır? Bu nöqtədə heç kimdə, xüsusilə Suriya ərazisində İŞİD-in aradan qaldırılmasından sonra, onun siyasəti barədə dəqiq bir fikir yoxdur.

Suriyalı üsyançılar çətin vəziyyətdə qaldıqca, ABŞ onlar kimi, kürdləri də atıb geri çəkiləcəkmi? Vəziyyətin necə inkişaf etdiyini görmək üçün o, Suriyada hərbi iştirakını saxlayacaqmı?

Hər iki ssenari mümkündür.

Suriyalı kürdlər üçün, müstəqilliyin qırmızı əskisini dalğalandıraraq, öz iraqlı qardaşları kimi eyni səhv təkrarlaması yolverilməzdir. Hökumətlə əlaqələri və təmasları davam etdirərək, Suriya sərhədləri içərisində "kürd dövləti" naminə, bir növ, muxtariyyətə ümid edə bilərlər.

Qısası, 2018-ci il Suriyadakı həlledici ildir. Nəhayət, tunelin sonunda işığı görünəcək.

 Kristian Çesno
“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 154




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap