Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

2020-ci ildə Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu ölkələr - FOTO

Tarix 02.01.21, 18:50

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr açıqlanıb.

AzFakt.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,2020-ci ilin 11 ayı ərzində Azərbaycanın ticarət əməliyyatı həyata keçirdiyi ilk 15 ölkə ilə ticarət dövriyyəsinin həcmi məlum olub.

Ticarət dövriyyəsinin həcminə görə ilk sırada İtaliya gəlir. Azərbaycandan ölkəyə 4 milyard 98,9 milyon ABŞ dolları həcmində məhsul ixrac edilib. Ölkədən Azərbaycana isə 363,6 milyon manat həcmində məhsul idxal edilib. Ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 22,3 faiz azalıb.

Ticarət dövriyyəsində ikinci əsas ölkə Türkiyədir. Azərbaycandan ölkəyə 2 milyard 506,9 milyon dollar həcmində məhsul ixrac edilib. 1 milyard 403,5 milyon dollar həcmində idxal həyata keçirilib. Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 2,9 faiz azalıb.

Ticarət dövriyyəsində üçüncü tərəfdaş ölkə Rusiyadır. Müvafiq dövr ərzində Azərbaycandan ölkəyə 644,7 milyon dollar, Rusiyadan ölkəmizə 1 milyard 772,9 milyon dollar həcmində idxal həyata keçirilib. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi ötə ilə nisbətən 11,5 faiz azalıb.

Ticarət dövriyyəsinin həcminə görə dördüncü əməkdaş ölkə Çindir. Azərbaycandan ölkəyə 428,8 milyon dollar həcmində məhsul ixrac edilib, Çindən ölkəmizə 1 milyard 273,9 milyon dollarlıq idxal baş tutub. İki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 12,3 faiz azalıb.

Ticarət dövriyyəsində beşinci əhəmiyyətli ölkə Almaniyadır. Azərbaycandan ölkəyə 232,3 milyon dollarlıq ixrac, Almaniyadan ölkəmizə 513,5 milyon dollarlıq idxal baş tutub. Almaniya ilə ticarət dövriyyəsinin həcmi iki dəfədən çox azalıb.

Ticarət dövriyyəsinə görə, digər əsas tərəfdaş ölkələr aşağıdakı kimidir:




Xəbərin oxunma sayı : 382




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap