Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

2030-cu ildə neftdən asılılıq sıfıra endiriləcək? - Neft-qaz mütəxəssisi

Tarix 16.11.21, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


"Sıfır səviyyəsi o deməkdir ki, Neft Fondundan bir qəpik də olsa dövlət büdcəsinə transfer olmayacaq. Yəni daha Neft Fondunun gəlirlərinə ümid etməyək. Neftdən gələn qazanc tamamilə Neft Fonduna gedəcək və ayrıca layihələr şəklində ölkənin inkişafına xidmət edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz mütəxəssisi İlham Şaban İqtisadiyyat naziri Mikayıl Cabbarovun Milli Məclisdə büdcə müzakirələri zamanı 2030-cu ilə qədər olan dövrü əhatə edəcək yeni strateji inkişaf proqramının qəbul ediləcəyi və hədəflərdən birinin neftdən asılılığın sıfıra endirilməsi olduğu barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib:

"Azərbaycanda hazırda 35 milyon ton neft və 30 milyard kubmetr qaz hasil olunur. 2030-cu ildə isə ölkədə təxminən 28-29 milyon ton neft və 35 milyard kubmetr qaz hasil olunacaq. Yəni belə baxanda neft hasilatında azalma o qədər də olmayacaq. Azərbaycan cari ildə 14 milyard dollarlıq neft ixracatından 6 milyard dollar, qaz hasilatından isə 550 milyon dollar civarında mənfəət götürəcək. 2030-cu ilə qədər olan dövrdə isə ölkəmizin neftdən gələn gəliri 4 milyard, qaz hasilatından gələn gəlir isə 3 milyard dollar olacaq. Birlikdə 7 milyard dollar. Hazırda qeyri-neft sektorunun həcmi 2 milyard dollardır. 2025-ci il üçün bu rəqəmi 2 dəfə artırmaq nəzərdə tutulub. Belədə, 2030-cu ilə qeyri-neft sektoru üzrə ümumi ixracın həcmi 6-7 milyard dollar civarına çata bilər”. 
 
Ekspert qeyd edir ki, Azərbaycanda qeyri-neft sektoru üzrə əlavə dəyər yarada, böyük dəyərdə xaricdə satıla biləcək heç nə yoxdur: 

"Qeyri-neft ixracından gələn mənfəət neftdən gələn mənfəətə bərabər olmalıdır ki, ikincidən asılılığın olmamasından danışasan. Deməli, neftlə qeyri-neft sektoru arasında 7 dəfəyə qədər fərq var. Bu halda, qeyri-neft sektoru nəyin hesabına artacaq? Azərbaycanda qeyri-neft sektoru üzrə əlavə dəyər yarada biləcək, böyük dəyərdə xaricdə satıla biləcək nəyimiz var? Bu baxımdan İqtisadiyyat nazirinin hansı prizmadan və hansı göstəricilərə əsaslanaraq, 2030-cu ildə neftdən asılılığın sıfıra endiriləcəyini söyləməsini deyə bilmərəm. 

2012-ci ildə hökumət "Azərbaycan 2020-ci il” proqramını qəbul etmişdi. Ona görə 2020-ci ildə ölkəmizdə adambaşına düşən gəlir 15 min dollar ətrafında olmalı idi. Ancaq cəmi 4 min dollar civarındadır. Ona görə də yaşayarıq, görərik”.



Xəbərin oxunma sayı : 370




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap