Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

20 Yanvar ərazisində niyə post qurulub? - Xəbərdarlıq

Tarix 07.07.20, 15:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan iri şəhər və rayonlarında xüsusi mobil postlar fəaliyyətə başlayıb.

AzFakt.com xəbər verir ki, bunu 20 Yanvar ərazisində qurulan postla bağlı modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

V.Əsədov qeyd edib ki, karantin dövrü davam etdiyindən, yoluxanların sayı çox olduğundan, müvafiq olaraq, polis tərəfindən inzibati tənbeh tədbirləri də davam etdirilir:

“Sadəcə stasionar postlarda sıxlıq yarandığından onlar mobil postlarla əvəzlənib. Ona görə də yeni tətbiq edilən texnologiyalar vasitəsilə mobil postlar qurulub. Hazırda qaydalara nəzarət aşağıdakı şəkildə həyata keçirilir:

Mobil postlar vasitəsilə, reydlər təşkil etməklə, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan polis əməkdaşının hərəkətdə olan sürücünü saxlaması ilə, həmçinin kamera vasitəsilə. Yəni stasionar postlarda olan xidmətləri biz yeni üsullarla həyata keçiririk”.

Şöbə rəisi bir daha vətəndaşlara, hərəkət iştirakçılarına müraciət edib:

“Bir daha vətəndaşları diqqətli olmağa, yoluxma faktlarının qarşısının alınması, öz sağlamlıqları üçün maska taxmağa, sosial məsafə saxlamağa, gigiyenik qaydalara əməl etməyə çağırırıq. Ən azından vətəndaş-polis həmrəyliyinin yüksək səviyyədə təşkil edilməsində iştiraka dəvət edirik. Bu gün də hərəkətlə bağlı icazə yalnız tələb edilənlər kimidir. Ona görə də vətəndaşlar lüzumsuz olaraq, hərəkət etməsinlər. Düşünməsinlər ki, postlar ləğv olunub, bizə cərimə yazmayacaqlar”.



Xəbərin oxunma sayı : 1642




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap