Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

22 şirkət Qələbəyə Dəstək Hərakatı adlı təşəbbüs qrupu yaratdı – SİYAHI

Tarix 01.10.20, 12:10

Font ölçüsü : - / +
bitmap-img6


İş adamlarının Qələbəyə Dəstək Hərakatı ictimai təşəbbüs qrupu Azərbaycan Respublikası prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İLHAM ƏLİYEVİN əmri ilə, işğal olunmuş Azərbaycan torpaqlarını Ermənistanın işğalçı qoşunlarından təmizləmək üçün başladılan əks hücum əməliyyatlarını həyata keçirən Azərbaycan Ordusuna dəstək məqsədilə yaradılıb. 

İş adamlarının Qələbəyə Dəstək Hərakatı İctimai təşəbbüs qrupuna qoşulan iş adamları bununla dövlətimizin, Ali Baş Komandanın yanında olduğunu bildirir, dövlətin hər bir çağırışına, istər maddi, istərsə də mənəvi olaraq operativ dəstək verməyi, iş adamları arasında vətənpərvərlik ruhunun yüksəldilməsi maarifləndirici işlərin aparılmasını qarşısına məqsəd qoymuşdur, deyən Təşəbbüs qrupunun üzvü Hədəf Şirkətlər qrupunun təsisçisi Şəmil Sadiq onu da bildirdi ki, hazırda xeyli iş adamı var ki, könüllü olaraq hər biri ayrılıqda öz öhdəsinə düşən işi görür, dövlətimizin, ordumuzun yanında olduğunu, Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər ödəyir. Lakin biz düşünürük ki, bunu təşklatlanmış formada, sistemli şəkildə koordinasiya etmək, ürəyindən keçib, dəstəyin necə ediləcəyinin yolunu bilməyən həmkarlarımızla birgə hərəkət etmək, bir əl, bir ürəklə müəyyən fəaliyyətlər həyata keçirməkdir arzumuz.

İş adamlarının Qələbəyə Dəstək Hərakatı ictimai təşəbbüs qrupunun üzvü, Behrud İnşaat şirkətinin təsisçisi İlham Alməmmədov qeyd edir ki, bu bir könüllü qrupdur, heç bir siyasi, iqtisadi maraq güdmür. Eyni arzularla yaşayan, vətən sevdalı iş adamları birlikdə hərəkət edərsə, dövlətimizə daha çox faydalı olarıq. Biz, dost 22 şirkət rəhbəri qarşımıza məqsəd qoymuşuq ki, torpaqlarımız işğaldan tam azad olana, yenidənqurma işləri bitənə qədər, cani-dildən dövlətimizlə bir yerdəyik. Fəaliyyətimiz indilik bu cür planlaşdırılıb:

İş adamlarının Ordumuza edəcək maddi yardım və ianələrini rahat şəkildə çatdırmaları üçün bütün texniki, hüquqi problemləri həll etmək, düzgün istiqamətə yönləndirmək,

Silahlı Qüvvələrə Yardım fondunun təbliğat-təşviqat işində aktiv iştirak etmək,

Yaralılar və şəhid ailələrinə lazımı dəstəyi koordinasiya etmək,

Könüllü şəkildə ordu sıralarına qoşulan gənclərin ailələrinə dəstək, onları stimullaşdırmaq, xüsusən də iş yeri olmadan ordu sıralarına qoşulan könüllülərin ailələrinə aylıq müəyən maliyyə yardımı etmək,

Gənc iş adamları arasında vətənpərvərlik və xeyriyyəçilik ruhunu formalaşdırmaq və istiqamətləndirmək adına maarifləndirmə işlərini aparmaq,

Sərhədyanı bölgələrdə, geri alınan torpaqların yenidənqruma işlərində yaxından iştirak etməkdir.

Təşəbbüs qrupu ilə birgə fəaliyyət göstərmək istəyən iş adamları üçün açıqdır. Ümid edirik, birgə fəaliyyətimiz Cənab Prezidentin qeyd etdiyi kimi, “Biz birlikdə güclüyük” ifadəsinin əməli nümunəsi olacaq.

İş adamlarının Qələbəyə Dəstək Hərakatı ictimai təşəbbüs qrupunun feysbukda qrupu və səhifəsi yardılmışdır. Səhifənin yaradılmasında məqsəd mütəmadi olaraq Qələbəyə Dəstək Hərakatının bütün fəaliyyətilə ictimaiyyəti məlumatlandırmaqdır.

Təşəbbüs qrupuna qoşulan ilkin şirkətlər aşağıdakılardır:

Behrud İnşaat MMC
Hədəf Şirkətlər Qrupu MMC
Halal-P MMC
Prime TV MMC
Medika Hospital MMC
UKASMEN MMC
ABBAo MMC
Starlab klinikası MMC
Əlincə İdman Klubu MMC
RR şirkətlər qrupu MMC
İnci şirkətlər qrupu MMC
SinKOD MMC
HORECA MMC
Simit Sarayı MMC
Etna group MMC
16.”Çaşıoğlu” Elmi istehsalat birliyi MMC

17.”B2B group” MMC

Star Sports trikotaj MMC
SHOKET Soyutma sistemleri MMC
GLOCAL MMC
21 Biləv İnşaat MMC

RERAPIER MMC
Oqtay Məmmədov
 
Təşəbbüs qrupunun əlaqələndirici koordinatoru tarix üzrə fəlsəfə doktoru Elvin Əliyevdir.

Feysbuk səhifəsi: https://www.facebook.com/qelebeyedestek

Feysbuk bağlı qrupu: https://www.facebook.com/groups/273583820753368/

Telefon: +994 552242070



Xəbərin oxunma sayı : 799




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap