Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

24 filialı olan, 141 milyon manatlıq satış edən «Bolmart»ın sahibi - İldə cəmi 27 min manat qazanıb

Tarix 31.05.23, 11:03

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın iri ticarət şəbəkələri illik hesabatlarını açıqlayırlar.

AzFakt.com xəbər verir ki, ölkənin tanınmış ticarət şəbəkələrindən olan «Bolmart»ın məxsus olduğu «Pro Mart» MMC illik hesabatını açıqlayıb.

Hesabata əsasən 2022-ci ildə «Bolmart»ın satış dövriyyəsi, yəni satışdan əldə edilən ümumi gəlirlər 141 milyon manat, satışın maya dəyəri isə 127,3 milyon manat olub. 2021-ci illə müqayisədə satış gəlirləri 32 milyon manat və ya 29% artıb. Satışın maya dəyəri isə 28 milyon manat və ya 28% artıb.

Nəticədə 2022-ci ildə «Bolmart»ın məcmu mənfəəti 13,8 milyon manat təşkil edib. 2021-ci ildə bu rəqəm 10,2 milyon manat idi.

2022-ci ildə «Bolmart» ilk dəfə olaraq marketinq və satışa rpul xərcləməyə başlayıb – təqribən 430 min manat.

Şirkətin ümumi və inzibati xərcləri isə 13 milyon 191 min manat olub – 2021-ci illəı müqayisədə 3 milyon manat və ya 30% artıb.

Şirkətin vergidən əvvəlki mənfəəti 34,3 min manat olub, 6,9 min manat mənfəət vergisi ödənişindən sonra 2022-ci ildə «Bolmart»ın xalis mənfəəti cəmi 27,4 min manat təşkil edib.

Qeyd edək ki, ötən il mənfəət bundan da aşağı olub – 14 min manat, ödənilən mənfəət vergisi isə 3,5 min manat təşkil edib.

Xatırladaq ki, «Bolmart»ın Bakıda və respublikanın müxtəlif bölgələrində 24 filialı var.

Hesabata əsasən 2022-ci ilin sonunda «Pro-Mart»ın, yəni «Bolmart»ın cəmi aktivləri 53 milyon manat yaxın olub. İl ərzində aktivlər təqribən 3 milyon manat artıb.

Şirkətin cəmi kapitalı 11,7 milyon manatdır, öhdəlikləri isə il ərzində təqribən 3 milyon manat artaraq 41,3 milyon manat təşkil edib.

«Bolmart»ın «Digər öhdəlikləri» 15,7 milyon manat, ticarət və digər kreditor borcları isə 17,3 milyon manat təşkil edir.

Xatırladaq ki, "PRO MART" MMC-nin sahibləri «AZ FAST MOVİNG BUSİNESS» MMC (50%) və «UNİTRADE GROUP» MMC (50%) şirkətləridir.

Hüquqi ünvanı Baki şəhəri Sabunçu rayonu, Bəşir Bünyadov (Bakixanov qəs.) ev.134-də yerləşən şirkətin qanuni təmsilçisi isə Məmmədov Ramil Əşrəf oğludur.
 
Mənbə: FED.az






Xəbərin oxunma sayı : 451




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap