Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

24 il həbs, 50 milyon dollar cərimə –Trampın keçmiş müşavirinə hökm oxunacaq

Tarix 17.02.19, 13:31

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort 19-24 il müddətinə azadlıqdan məhrum oluna bilər.

Strateq.az Qərb mətbuatına istinadən xəbər verir ki, bunu fevralın 15-də xüsusi prokuror Robert Müller bəyan edib. Manafort həmçinin vaxtilə Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukoviçin müşaviri olub.

Məhkəmə ötən ilin avqustunda Manafortu, bank və maliyyə fırıldaqçılığı da daxil olmaqla 8 maaddədə təqsirli bilib. Söhbət ukraynalı siyasətçilərə göstərdiyi xidmətə görə alınmış pullardan gedir.

Müller qeyd edib ki, Manafort istintaqla sövdələşmənin şərtlərini də pozub, hansı ki, bu ona daha yumşaq cəza kəsilməsinə kömək etməli idi. Amma Manafortun vəkilləri bildirib ki, o bunu bilərəkdən etməyib, istintaqda bəzi şeyləri unudub və sonradan yadına düşüb.

Manafort həmçinin federal hökumətə 50-24 milyon dollar arası cərimə ödəməlidir.

Yaxın vaxtlarda ona hökm oxunmalıdır. Manafort, həmçinin ABŞ-da başqa bir iş-qeydiyyata düşməmiş xarici agent kimi və pulyuma əməliyyatında da mühakimə olunmalıdır.

Söhbət yenə də Ukraynada fəaliyyətdən gedir və Manafort artıq bu ittihamlar üzrə günahını etiraf edib. Amma bu ittihamlardan heç biri, Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsi ilə bağlı deyil.

Qeyd edək ki, xüsusi prokuror Robert Müller məhz bu işi araşdırmaq üçün təyin edilib. O,Trampın seçki kampaniyası ilə Rusiyanın mümkün əlbirliyini, Rusiyanın 2016-cı ildə prezident seçkisinə müdaxilə iddialarını araşdırır. Tramp və Rusiya iddiaları təkzib edir.



Xəbərin oxunma sayı : 493




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap