Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

24 yaşlı Ülvi xarici vətəndaşların bank hesablarını necə ələ keçirdi? – kontur, qaz və işıq pulunu ödəyib

Tarix 12.03.18, 4:06

Font ölçüsü : - / +
bitmap-img6


Xarici vətəndaşalrın bank hesablarından pul çəkən şəxsin məhkəməsi keçirilib. O, hesablardan çıxardığı pullarla tanışlarının, özünün və ayrı-ayrı şəxslərin telefon nömrələrinin balansını artırıb, bir çox çay evlərinin, obyektlərin və yaşadığı evin kommunal xərclərini ödəyib.

Söhbət 1993-cü il təvəllüdlü Əzizov Ülvi Arif oğlunun cinayət əməllərindən gedir. 

Musavat.com xəbər verir ki, ittihama görə, Ülvi Əzizov bu əməlini 2015-ci ilin iyul ayında dostu Ənvərli Vüsal Ənvər oğlunun kirayədə yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində həyata keçirib. 

Belə ki, o, özündə bank sirrini təşkil edən ayrı-ayrı xarici ölkə vətəndaşlarına məxsus bank kartlarının məlumatlarını, yəni bank kartının 16 rəqəmli nömrəsini, kartın bitmə tarixini və CVV nömrəsini hüququ olmadığı halda qəsdən ələ keçirərək, informasiya texnologiyalarından istifadə etməklə özgəyə məxsus külli miqdarda əmlakı vahid qəsdlə gizli olaraq talayıb. Mərkəzi Bankın Hökümət ödəniş Portalının rəsmi internet səhifəsi olan www.gpp.az saytına daxil olaraq, həmin məlumatları saytın müvafiq məlumat lövhələrinə daxil etdikdən sonra ümumilikdə isə 28 min manat ələ keçirib.

İttihamda göstərilir ki, pul vəsaitini ayrı-ayrı xarici ölkə vətəndaşlarına məxsus kart hesabları üzrə müvafiq əməliyyatları yerinə yetirərək, elektron qaydada özünün, dostlarının, yaxınlarının və ayrı-ayrı şəxslərin mobil telefonlarının balanslarına, kommunal xidmətlər üzrə hesablarına və digər xərcləri üçün köçürməklə ödənişlər aparıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinə əsasən həmin cəza ona şərti olaraq tətbiq edilmiş və 2 il sınaq müddəti müəyyən edilib.

Amma dövlət ittihamçısı Fariz Rzayev və zərərçəkmiş şəxs “MilliKart” MMC-nin icraçı direktoru Elnur Məmmədov bu hökmdən narazı qalıb və apellyasiya şikayəti verib.

İşə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb. 

Prokuror apellyasiya protestini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Əzizovun qəsdən ağır cinayət törətməsini, cinayət törətməsinin hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almadan, əsassız olaraq onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməklə törətdiyi cinayət əməllərini etiraf etməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirən hallar qismində nəzərə alaraq onun cəza çəkmədən islah olunmasına dair nəticəyə gəlib və bununla da cinayət qanunun normalarını düzgün tətbiq etməyib. 

Zərərçəkmiş Elnur Məmmədov isə şikayəti belə əsaslandırıb ki, “MilliKart” MMC müştərilərə dəymiş zərəri manatla deyil, dollarla ödəyib. O, zərərin 28130 manat yox, 38621 manat olduğunu bildirib. 

Məhkəmə kollegiyası nəticəyə gəlir ki, apelyasiya protesti və zərər çəkmiş şəxsin apelyasiya şikayəti təmin edilməyib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Ü.Əzizova 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və ona 1 il 6 ay sınaq müddəti müəyyən edilib.

“Əzizov Ülvi Arif üzərində nəzarət Ağdaş rayon icra bölməsinə həvalə edilsin. Onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya protesti və apelyasiya şikayəti təmin edilməsin. Qərardan Ali Məhkəmənin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər”- deyə qərarda göstərilib.



Xəbərin oxunma sayı : 2350




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap