Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

3.5 milyard sərvəti olan bakılı qadın işdən çıxarıldı (FOTO)

Tarix 17.11.17, 19:25

Font ölçüsü : - / +
bitmap-img6


Anqola prezidenti Joao Lorenso ictimai təmayülü neft şirkəti "Sonangol"da yüksək vəzifə tutan İzabel Dos Santosu işdən çıxardıb. 

"Qaynarinfo" xəbər verir ki, 37 il hakimiyyətdə qalan və sentyabr ayında vəzifəsindən gedən sabiq prezident Jose Eduardo Dos Santosun qızı olan İzabel 3,5 milyard dollar sərvəti ilə Afrikanın ən varlı qadını adını daşıyır. O, dünyanın ən güclü 100 qadınından biri hesab olunur.

Vəzifəsinin icrasına yenicə başlayan Joao Lorenso seçkidən əvvəl korrupsiyaya qarşı mübarizə aparacağını və Dos Santos ailəsinin dövlət üzərindəki təsirini qıracağını vəd etmişdi. Vədinə əməl edən yeni prezident "təmizliyə" İzabel Dos Santosu işdən çıxarmaqla başlayıb.

Image result for İzabel Dos Santos

Anqolanın Milli Varlıq Fondunun İzabel Dos Santosun qardaşı Jose Filemeno ilə yaxın münasibətləri olan bir iş adamına milyonlarla dollar ödədiyi ortaya çıxmışdı. Həminin ölkə son illərdə neft qiymətlərinin kəskin ucuzlaşması səbəbindən ciddi maliyyə böhranı ilə üzləşib. 

İzabel Dos Santos isə ailəsinin gücü hesabına vəzifəyə gəlməsi ilə bağlı iddiaları rədd edərək, iş dünyasındakı təcrübələri səbəbidən bu vəzifəy gətirildiyi bildirilir.

İzabel Dos Santos Londonda Kral Kollecində elektrik mühəndisliyi fakültəsində təhsil alıb. Orda Konqodan tələbə yoldaşı, iş adamı Sindika Dokolo ilə evlənib. 

Image result for Sindika Dokolo
İzabel Dos Santos - Sindika Dokolo 

Qeyd edək ki, 44 yaşlı İzabel Dos Santos Bakıda doğulub. Belə ki, onun atası, 38 il Anqola prezidenti olmuş Jose Eduardo dos Santos hakimiyyətə qarşı mübarizə apardığı üçün Konqo Brazzavilleyə sürcün edilib. 1969-cu ildə Bakıya gələrək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. O, ölkəmizdə təhsil alarkən Tatyana Kukanova ilə tanış olub və evlənib. 1973-cü ilin 20 aprelində Bakıda cütlüyün İzabel adlı qızı doğulub. Eduardo və Tatyana sonrakı illərdə boşanıb. 


Jose Eduardo Dos Santos - Ana Paulo Dos Santos

Sabiq prezident 1991-ci ildə keçmiş model və hostess Ana Paulo Dos Santosla evlənib. 1979-2017-ci illərdə Anqola prezidenti olmuş Jose Eduardo Dos Santosun 3 evlilikdən 7 övladı dünyaya gəlib. Onların arasında ən məşhuru Bakıda doğulmuş İzabel Dos Santosdur.4





Xəbərin oxunma sayı : 217




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap