Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

3 uşaq atası dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, SONRA... - Azərbaycanda biabırçılıq

Tarix 20.02.19, 12:36

Font ölçüsü : - / +
bitmap-img6


Yevlax rayonunda qohumuna qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Eşqin İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Eşqin İsmayılzadə Tərtər rayonunun Evoğlu kəndindən anadan olub və həmin kənddə boya-başa çatıb.

Fermada iki çoban ailəsi

Daha sonra o, işləmək üçün Yevlax rayonunun Salahlı kəndinə gəlib. O, həmin kənddə yerləşən fermada çobanlıq edib, mal-qaraya baxıb.

Onunla birlikdə həmin fermada dayısı oğlu Novruz Əliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) ailəsi də olub. Novruz arvadı ilə birlikdə fermada mal-qaralara baxmaqla ailəsini dolandırıb.

Dayısı oğlunun arvadını tək gördü

Eşqin İsmayılzadə ötən ilin mayın 10-dan 11-nə keçən gecə kənd ərazisində bir neçə tanışı ilə içki məclisində olub. Səhər saat 8 radələrində sərxoş vəziyyətdə fermaya qayıdan Eşqin dayısı oğlunun arvadı Səbinənin fermanın tövləsində tək olduğunu görüb.

Eşqin İsmayılzadə cinsi ehtirasını təmin etmək məqsədilə Səbinənin olduğu tövləyə girib. O, qadınla qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədilə onun üstünə cumub.

Tövlədə seksual hərəkət

Həmin vaxt Eşqin İsmayılzadə Səbinəni qucaqlayıb. Səbinə onun niyyətini başa düşüb aktiv müqavimət göstərib. Qadının müqavimət göstərdiyini görən Eşqin ona qarşı zorakılıq edib.

Daha sonra Eşqin İsmayılzadə Səbinənin əl-qolunu tutub, sonra qadının paltarını soyundurub. Sonra özü də soyunan Eşqin qadına qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb.

Təcavüzə məruz qalan qadının şikayəti

Bu zaman qadın müxtəlif dərəcəli bədən xəsarəti alıb. Eşqin İsmayılzadə zorakılıq göstərərək, Səbinə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Qohumu tərəfindən təcavüzə məruz qalan qadın hüquq-mühafizə orqanlarına şikayət edib.

Seksual xarakterli cinayət işi

İstintaq orqanı tərəfindən Eşqin İsmayılzadənin barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.

4 il cəza

Yevlax rayon Məhkəməsinin hökmü ilə Eşqin İsmayılzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Eşqin İsmayılzadə apelyasiya şikayəti verib.

Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsində qərar qəbul edilərkən himayəsində üç azyaşlı uşağının olması, əvvəllər cinayət törətməməsi, zərərçəkmişin barışıq ərizəsi ilə müraciət etməsi nəzərə alınmayıb.

Eşqin İsmayılzadə barəsində olan hökmün dəyişdirilməsini, barəsində daha yüngül cəza təyin olunmasını xahiş edib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Bu yax;nlarda elan edil`n qərara görə, Eşqin İsmayılzadənin apelyasiya şikayəti təmin olunmayıb. 



Xəbərin oxunma sayı : 820




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap