Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə ekspert: Sənəd saxtalaşdırılıb

Tarix 16.11.17, 1:36

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində Sumqayıt şəhər Məhkəmə Tibb Ekspertizasının eksperti Mənsur Məmmədov ifadə verib.

Ekspert ifadəsində bildirib ki, uşağın ekspertizaya təqdim edilən xəstəlik tarixçəsi sonradan saxtalaşdırılıb: “Xəstəlik tarixçəsi meyitlə birlikdə ekspertizaya təqdim edilib. Həmin vaxt xəstəlik tarixçəsində uşağın əməliyyat zamanı halının pisləşməsilə bağlı heç bir qeyd göstərilməyib. Tarixçədə göstərilmişdi ki, uşaq əməliyyata hazırlanarkən normal olub, əməliyyatdan sonrakı vəziyyəti xəstəliyin ağırlıq dərəcəsinə uyğundur. Xəstəlik tarixçəsi bir aya yaxın ekspertizada qalıb. Mən xəstəlik tarixçəsində göstərilən qeydləri komissiya ekpertizasında da qeyd etmişəm. Amma sonradan rəyi müstəntiq götürüb və əlavələr edib”.

Prosesdə çıxış edən təqsirləndirilən şəxs İsmayıl Qəmbərovun vəkili Əli Hüseynov vəsatət qaldırıb. Vəkil təkrar ekspertizanın keçirilməsini istəyib.

Məhkəmə müşavirəyə yollanıb.

Noyabrın 16-da məhkəmə vəsatətin təmin edilib-edilməməsi barədə qərar verəcək.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə – hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Xatırladaq ki, İ.Qəmbərovun barəsində həbs qətimkan tədbiri seçilməyib.



Xəbərin oxunma sayı : 100




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap