Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

40 işəgötürən barədə məlumatlar Baş Prokurorluğa göndərilib – Mərkəz

Tarix 11.10.19, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


“Əmək və ya xidməti müqavilə olmadan işçi cəlb edən işəgötürənlərdən 90-na inzibati cərimə və maliyyə sanksiyası tətbiq edilib”.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin səyyar monitorinqlərinin 2 illiyinə həsr olunan mətbuat konfransında Mərkəzin müdir müavini Murad Fətullayev bildirib. Onun sözlərinə görə, 4 işəgötürən üzrə isə əməldə cinayət tərkibinin olması müəyyən edilib:

“Onlarla bağlı cəza və cərimə tədbirləri həyata keçirilib. Qeydə alınan pozuntu halları üzrə ümumilikdə 1,5 milyon manat məbləğində cərimə və sanksiya tətbuq edilib”.

M.Fətullayevin dediyinə görə, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən iki il ərzində monitorinqi aparılan 300 işəgötürəndən 159-da (53%) pozuntu halları aşkar edilib. Onlardan 119 (40%) işəgötürən barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 40 (13%) işəgötürən barədə isə Baş Prokurorluğa göndərilib.

Mərkəzin müdir müavini onu da deyib ki, ümumilikdə 2 il ərzində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 300-ə yaxın tikinti obyektində işçi və işəgötürənlərlə maarifləndirmə xarakterli görüşlər keçirilərək qeyri-formal məşğulluğu doğuran səbəblər müzakirə edilib, həlli yolları təklif olunub və metodik tövsiyələr verilib.



Xəbərin oxunma sayı : 439




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap