Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

41 ildir istismar edilən lift təhlükə saçır - FOTO

Tarix 02.08.21, 14:50

Font ölçüsü : - / +
bitmap-img6


Xətai rayonu, Cavanşir küçəsi, bina 4 ünvanında yaşayan sakinlər liftin yararsız vəziyyətdə olmasından narazıdırlar.

AzFakt.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sakinlər şikayət məktubu ünvanlayıb.

Vətəndaşlar bildirilib ki, binanın 6-cı blokundakı liftin istifadə müddəti çoxdan bitsə də, bəzi detalların dəyişilməsi və aylıq texniki baxımı üçün hər ay müəyyən məbləğdə pul ödəyirik:

“Tam şəkildə istismar olunan lift mütəmadi xarab olur və bir müddət əvvəl qırılıb şaxtaya düşüb. Hazırda binada liftin vəziyyəti həyati təhlükə saçır”.

Sakinlər binanın həyətinin baxımsızlığından dolayı ortaya çıxan antisanitar mənzərədən də narazıdırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətdə saxlanılır:

“Həmin ünvanda lift 1980-ci ildə quraşdırılıb, 2020-ci ildə Fövqəladə Hallar Nazirliyinin müfəttişliyi tərəfindən texniki müayinədən keçirilib. Növbəti bir il ərzində liftin istismarına icazə verilib. Yaxın zamanlarda həmin binada istismar müddəti başa çatacaq liftin dəyişdirilməsi nəzərdə tutulur”.

Qurumdan qeyd edilib ki, liftin qırılaraq şaxtaya düşməsi ilə bağlı deyilənlər düzgün deyil.






Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap