Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

44 günlük Vətən müharibəsinin xronikası: 25 oktyabr

Tarix 25.10.21, 9:23

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

AzFakt.com Trend-ə istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etməsi ilə bağlı paylaşım edib.

- Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirədə bildirib ki,Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib.

- Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

- Prezident İlham Əliyev BMT TŞ-da keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

- Prezident İlham Əliyev ABŞ-ın "Fox News" televiziya kanalına müsahibə verib.

- Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Düşmən itkilər verərək geri çəkilib.

- Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edib.

- Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutub.

- Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb.

- Düşmənin atəş nöqtələri məhv edilməsinin videogörüntüləri yayılıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

- Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb.

- Düşmənin döyüş texnikası və sursatları məhv edilməsinin videogörüntüləri yayılıb.



Xəbərin oxunma sayı : 361




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap