Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

45 saylı Abşeron seçki dairəsindən iddialı namizəd - Zahir Əzəmət imzatoplama kampaniyasına başlayır

Tarix 13.12.19, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış yazar, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət (Rəhimov) növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Qaynarinfo xəbər verir ki, baş redaktor 45 saylı Abşeron seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb.

Bu barədə Zahir Əzəmət özü məlumat verib: "Prosesə ilk qoşulanlardan biriyəm. Bu gün imza vərəqələrini götürərək imzatoplama kampaniyasına başlayacağıq. Artıq komandamızın böyük hissəsini də formalaşdırmışıq. Maraqlı və aktiv seçki kampaniyamız olacaq. İndidən bu dairədən namizədliyini irəli sürən digər namizədlərə də uğur arzulayıram. Dairədə aktiv və sivil bir seçki marafonu təşkil edə bilmək üçün bütün namizədlərlə ortaq mövzularda əməkdaşlıq qurmağa çalışacağıq". 

Qeyd edək ki, 45 saylı Abşeron seçki dairəsindən bundan əvvəl Milli Məclisin sədri Oqtay Əsədov mandat qazanmışdı. Bu dairənin ərazisinə Xırdalan, Masazır, Mehdiabad, Məhəmmədi, Digah, Fatmayı və Görədil inzibati əraziləri daxildir.



Xəbərin oxunma sayı : 754




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap