Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

58 partiyadan 38-nin yeri-yurdu bilinmir – Gizli fəaliyyət göstərirlər?...

Tarix 05.05.22, 11:40

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Seçki Komissiyasının 2021-ci il üçün hesabatına əsasən Azərbaycanda 58 siyasi partiya fəaliyyət göstərir. Onlardan bəzilərinin paytaxtla yanaşı bölgələrdə də qərargahları olsa da, bir sıra partiyaların ümumiyyətlə qərargahlarının olmadığı bildirilir.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının baş qərargahı Sergey Senyuşkin küçəsi 26 ünvanında yerləşir. Bundan əlavə YAP-ın demək olar ki, bütün rayonlarda şöbələri fəaliyyət göstərir.

AĞ Partiya, Azərbaycan Milli İstiqlal, Böyük Azərbaycan, Milli Cəbhə, Azərbaycan Naminə Alyans, Milli Vəhdət və Milli Həmrəylik Partiyaların qərargahları Yasamal rayonu Şəfayət Mehdiyev 177 ünvanında yerləşir. Belə ki, adı çəkilən partiyaların bir çoxu həmin ünvana 2021-ci ilin yanvarında yerləşiblər. Keçmiş “Lider TV”nin binası həmin vaxtdan partiyaların istifadəsinə verilib.

Qərargaha sahib olan digər partiyalar isə bunlardır:

Ana Vətən Partiyası - Nərimanov rayonu Ə.Əliyev küçəsi 3.

Müsavat Partiyası - Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllədəki 4 mərtəbəli bina.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - Yasamal rayonu, Mirəli Seyidov küçəsi

Azərbaycan Demokratik İslahatlar Partiyası - Əlibəy Hüsenzadə 64

Vətəndaş Həmrəyliyi Partiyası - Tbilisi pr. 506

Vətəndaş və İnkişaf Partiyasının - Yasamal rayonu ərazisində, “Nizami” metrostansiyasının yaxınlığı

Ümid Partiyası - Nərimanov rayonu, İ.Xəlilov küçəsi, 1929-cu məhəllə.

Reapublikaçı Alternativ Partiya - İsmayıl Bəy Qutqaşınlı 97 ünvanı

Milli Dirçəliş Hərəkatı Partiyası - Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küç. 5/7 ünvanı

Klassik Xalq Cəbhəsi Partiyası - Nərimanov rayonu, A.Neymətulla küçəsi 18

Haqq-Ədalət Partiyası - Nərimanov r., Azadlıq pr., 267, M 1, mənzil 1.

Azərbaycan Yüksəliş Partiyası - Səbail r., Yeni Salyan yolu, ev 20, mənzil 123.

Müasir Müsavat Partiyası – Azadlıq Prospekti 189.

Digər partiyaların isə qeydiyyat ünvanları MSK hesabatlarında öz əksini tapsa da, onların faktiki olaraq fəaliyyətlərini davam etdirdikləri qərargahlarının ünvanları və ya ümumiyyətlə mövcudluğu ilə bağlı açıq resurslardan məlumat əldə etmək mümkün olmayıb. (Bizim.Media)



Xəbərin oxunma sayı : 556




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap