|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
625 minlik tenderi qazanan kimdir? - KOBİA-nın aparat rəhbəri, yoxsa?
Tarix 15.07.19, 0:37 |
|
İyul ayının 1-də ASTNA.biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətində təmsil olunan şəxslərin fəaliyyətinə aid araşdırma məqalə dərc edib.
Yazıda İdarə Heyətinin 5 üzvündən ən azı ikisinin və eləcə də aparat rəhbərinin özəl bizneslə məşğul olduğu deyilir.
Mehman Abbas
Sayt yazır ki, İH-nin sədr müavinləri Mehman Abbas "Caspian Events Ltd” MMC-nin (2015-ci ilin yanvarında təsis olunub) və "Kaspian İnvest Ltd” MMC-nin (yanvar, 2003) direktorudur.
Faiq Abbasov
İH sədrinin digər müavini Faiq Abbasov isə "Finre Konsaltinq” MMC-nin direktorudur. Məsləhət xidmətləri göstərdiyinə görə bəzi dövlət qurumları ona bir neçə yüz min manat vəsait ödəyib.
Nadir Adilov
Bundan başqa KOBİA-nin İH sədrinin üçüncü müavini olan Nadir Adilov Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri olarkən "Patronat Hüquq və Konsaltinq Firması” MMC-nin direktoru işləyib. Amma öz tərcümeyi-halında bu haqda məlumat vermir.
Dövlət satınalmaları reyestrinə görə, 2017-ci ilin dekabrından bu ilin fevralınadək dövlət müəssisə və təşkilatları bu şirkətə məsləhət xidmətləri və ofis icarəsi üçün 150 min manatadək pul ödəyiblər.
Şamil Süleymanlı
Agentliyin aparatının rəhbəri Şamil Süleymanlı "bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışdığını” göstərir. Amma bunun 2011-ci ilədək davam etdiyini göstərir. Şamil Suleymanlı 2012-ci ilin martında yaradılan "Xan Bazarı” MMC-nin iki təsisçisindən biridir. Bundan başqa onun Bakıda qeydiyyatda olduğu mənzildə 2013-cü ilin sentyabr ayında daha bir şirkət – "Meps” MMC dövlət qeydiyyatına alınıb. Ş.Suleymanlı bir müddət bu şirkətə rəhbərlik edib. 2018-ci ildə şirkətin adı dəyişdirilib və hazırda "Aqroterminal” MMC adı ilə fəaliyyətdədir. Bu şirkətin direktoru Taleh Nəsibov həm də "Azfar-Trans” MMC və "Gate Baku” MMC-yə rəhbərlik edir. 2016-cı ildə yaradılarkən "Gate Baku” şirkətinin direktoru başqa bir şəxs – Ramil Nəsirov idi. R. Nəsirov "Xan Bazarı” MMC-də Ş. Suleymanovla ortaqdır. KOBİA-nın aparat rəhbərinin mənzili 2016-cı ilin iyununda yaradılan daha bir şirkətin "MPS Green Construction” MMC-nin hüquqi ünvanıdır. "Azfar Trans” MMC bu ayın 18-də dövlətə məxsus "Aqrolizinq” ASC-dən iri məbləğdə kontrakt alıb. O 36 milyon manat məbləğində dövlət vəsaiti hesabına ölkəyə 40 min ton ammofos mineral gübrəsi gətirəcək. "Bilgə Qrup” QSC logistika xidmətləri göstərən bu şirkəti, eləcə də "Gate Baku” MMC-ni (gömrük rəsmiləşdirmə, təmsilçilik və nəqliyyat xidmətləri göstərir), "Gate Baku Express” QSC-ni (dəmiryol daşınması, eləcə də kassa yığımlarının təşkili və müxtəlif istiqamətli audit xidmətləri), "Aqroterminal” MMC-ni (yük terminalı və anbar-saxlanc xidmətləri), "Azfar Group” MMC-ni (mini-futbol meydançalarının tikintisi və icarəsi) və "Zirə” Peşəkar Futbol Klubu MMC-ni birləşdirən bir qrup olduğunu açıqlayıb. Bunu "Azfar Group” MMC-nin korporativ saytında açıqlanmış maliyyə hesabatları http://azfar.az/files/image/files/Audit%20Reports.pdf da təsdiq edir. Burada "Azfar Group” MMC-dən başqa, "Azfar-Trans” MMC, "Azfar Sport Events Promotion” MMC və "Azfar Magna” MMC-nin də maliyyə hesabatları yer alıb. Qeyd edək ki, qrupun nəzarətində olan daha bir neçə şirkət ("Gate Baku Agro” MMC, "Azfar Export” MMC, ) də var. Maraqlıdır ki, bilgegroup.az, gatebaku.az və aqroterminal.az domenləri Şamil Suleymanlının adına rəsmiləşdirilib.
Akif Qurbanov
Hüquqşünas Akif Qurbanov deyir ki, KOBİA publik hüquqi şəxs statuslu dövlət qurumu olduğuna görə onun əməkdaşları dövlət qulluqçusu hesab edilmir və bu səbəbdən "Dövlət qulluğu haqqında” qanunla müəyyən olunmuş məhdudiyyətlər onlara şamil edilmir. Lakin "Korrupsiyaya qarşı mübarizə haqqında” qanun vəzifəli şəxslərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir: "Bu qadağa həm də ona görə qoyulub ki, vəzifəli şəxs ona həvalə olunan vəzifələrin icrasına fokuslaşsın, işinin keyfiyyəti və səmərəliliyi yüksək olsun. Vəzifəli şəxsə həm də ona görə bizneslə məşğul olmaq qadağası var ki, o, qulluq mövqeyindən istifadə edərək gəlir əldə edə bilməsin”.
A. Qurbanovun fikrincə, vəzifəli şəxs hətta qulluq mövqeyindən istifadə etməsə belə, ictimai rəydə müəyyən şübhələr yaranacaq. "Məsələn, vəzifəli şəxsə bağlı olan şirkətin tenderdə qalib gəlməsi ictimai rəydə fikir formalaşdıra bilər ki, bu uğur həmin şəxsin qulluq mövqeyi sayəsində əldə olunub. Nəticədə isə satınalma prosesinə kölgə salınır. Bu, dövlət satınalmalarının şəffaflığına ictimai etimadı azaldır, çünki maraqlı tərəflərin bu prosesin ədalətli keçməsinə inamını sarsıtmış olur. Elə vəzifəli şəxslərin biznes və digər gəlir gətirən sahələrdə məşğul olması ilə bağlı məhdudiyyətin fəlsəfəsi də buna söykənir: cəmiyyətdə ictimai etimad pozulmasın və fərdlər ustün qulluq mövqeyindən istifadə etməklə seçim proseslərində subyektiv rəyə yol verməsinlər”.
Vüsalə Quliyeva
KOBİA-nın mətbuat katibi Vüsalə Quliyeva məsələ ilə əlaqədar ASTNA.biz-ə açıqlama verib: "Qeyd etdiyiniz şəxslər Agentlikdə işə qəbul edilməzdən öncə şirkətlərin fəaliyyətini dondurublar. Bu, işə qəbul prosesində qanunvericiliyin tələblərindən biridir. Agentlik sahibkarlara xidmət edən və dəstək verən bir qurumdur və bu səbəbdən bu tip məsələlərə çox ciddi yanaşılır. Tam əminliklə bildirəm ki, həmin şəxslərin VÖEN-ləri aktiv deyil”.
Qlobal.az-ın əldə etdiyi məlumata görə KOBİA-nın mətbuat katibi Vüsalə Quliyevanın mövzu ilə bağlı ASTNA.biz-ə verdiyi açıqlamadan 10 gün sonra Agentliyin aparatının rəhbəri Şamil Süleymanlının Bakıda qeydiyyatda olduğu mənzildə təsis edilən "Meps” MMC-nin (hazırda "Aqroterminal” MMC adı ilə fəaliyyətdədir) direktoru Taleh Nəsibovun direktor olduğu daha bir şirkət "Azfar-Trans” MMC «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin "Karbamid gübrəsinin daşınması xidmətinin satınalınması" üzrə dəyəri 625.000 manat olan tenderinin qalibi olub.
Xatırladaq ki, KOBİA Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Publik hüquqi şəxs olan quruma ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, sahibkarların maraqlarının qorunmasında və problemlərinin həllində iştirak etmək, onlara bəzi xidmətlər göstərmək, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirmək kimi vəzifələr həvalə edilib.
Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində KOB-lara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən "KOB evi” yaratmaq nəzərdə tutulur. Burada "biznesi planla”, "biznesə başla”, "biznesi inkişaf etdir” kimi biznes prosesləri üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq "G2B” (dövlət-biznes) və özəl qurumların 1000-dən artıq "B2B” (biznes-biznes) xidmətləri əlaqəli şəkildə təşkil olunacaq.
Bununla bağlı qərarın qəbul edilməsindən bir il keçib və ilk "KOB evi”nin Bakı şəhərinin Nərimanov rayonunda yaradılması istiqamətində işlər hələ də davam etdirilir. Hələliksə Agentliyin iştirakı ilə yerli idarəetmə modeli olan 14 "KOB Dostu” şəbəkəsi yaradılıb. Hədəf "KOB Dostu” şəbəkəsini 60-a çatdırmaqdır.
Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir.
Xəbərin oxunma sayı : 985
Sosial
Xəbərlər
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
-
Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
TOP 10
ARXİV