Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

74 yaşlı ABŞ prezidenti haqqında 32 maraqlı fakt… FOTOLAR

Tarix 14.06.20, 16:57

Font ölçüsü : - / +
bitmap-img6


14 iyun Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın ad günüdür. Ağ Evin 45-ci sahibi 74 yaşını qeyd edir. Tramp Amerika tarixində prezident kürsüsünə sahib olan ən yaşlı siyasətçidir. Prezident seçiləndə onun 70 yaşı olub. Donald Trampı əvvəlki prezidentlərdən fərqləndirən təkcə yaş məsələsi deyil.

Musavat.com çılğınlığı ilə dünyanın diqqətini özünə cəlb edən, jurnalistlərlə söhbətlərində tez-tez qalmaqal yaradan, əks qütblərin siyasi fəaliyyətinə istehza ilə təəssüflənməyi və həmçinin, onu həm sevənləri, həm də sevməyənləri təəccübləndirməyi bacaran Donald Tramp haqqında ən maraqlı faktları təqdim edir:


1. Doğum tarixi -14 iyun, 1946-cı il

2. Doğum yeri -ABŞ, Nyu-York

3. Boyu -189, çəkisi -100

4. Təhsili - Nyu-York Hərbi Akademiyası

5. Partiya mənsubiyyəti - ABŞ Respublikaçılar partiyası

6. Donald Tramp öz soyadı ilə qürur hissi keçirməyini dilə gətirməkdən çəkinmir. “Trump” ingilis dilində tərcümədə “şans” (kozır) mənasını daşıyır.




7. Amerika prezidenti 3 dəfə ailə həyatı qurub. Birinci dəfə milliyətcə çex olan İvana Zelniçkova, ikinci dəfə amerikalı aktrisa Marla Meplzlə, üçüncü dəfə slovenyalı model Melanya Knavsla.

8. Tramla Melanyanın toy mərasiminə 45 milyon dollar pul xərclənib.

9. Prezidentin 5 övladı, 8 nəvəsi var.

10. Donald Tramp teleşoularu və televiziya xəbərlərini həvəslə izləyir. Onun hər səhəri Ağ Evdəki yataq otağında televizorun işə salınması ilə açılır. Prezident hər gün təxminən 4 saat televizora baxır. Köməkçilərinin söylədiklərinə görə, Tramp sənədlərlə işləyəndə də televizoru söndürmür.

11. Donald Trampın iş rejimi də qeyri-adidir. O, cəmisi 4-5 saat yatır. Səhər yuxudan 5-6 radələrində oyanır. Yaşının 70-dən artıq olmasına və istirahətə az vaxt sərf etməsinə baxmayaraq, Tramp həmişə gümrah görünür.



12. Donald Tramp sosial şəbəkələrdə yüksək fəallıq nümayiş etdirir. O, hər səhər öz “Tvitter” səhifəsində postlar bölüşür. Çox nadir hallarda onun paylaşdıqları müzakirəsiz ötüşür.

13. Amerika lideri zərərli vərdişlərdən uzaqdır, o, alkoqollu içkilərdən və tütündən istifadə etmir.

14. Tramp çay və qəhvə içmir.

15. Prezidentin menyüsünün ən “həssas” yeri şirniyyatdır.

16. Amerika prezidenti bankomatlardan istifadə etmir.

17. Sıravi amerikalılar kimi, Donald Tramp da fastfudu sevir və o, “McDonald’s”un hazırladığı qidalara daha çox üstünlük verir.

18. Donald Tramp 17 kitabın müəllifidir.



19. Prezident özü isə kitab oxumur. Müsahibələrinin birində Tramp bu haqda özü etiraf edərək bildirib ki, oxumaq istədiyi kitabı yalnız bir səhifəsinin yarısına qədər oxumağa nail olub.

20. Donald Tramp aktyor kimi 12 filmdə, 14 teleserialda çəkilib.

21. Hazırda bir çox şirkətlər öz məhsullarını “Tramp” adı ilə istehsal edirlər. Onun adı ilə bağlı turizm saytları, jurnal, geyim, saat, şokolad, araq, sərinləşdirici işkilər və s. məhsullar mövcuddur.

22. Forbes jurnalının ən varlı adamlar siyahısına Tramp ilk dəfə 200 milyon dollar sərvəti ilə 1982-ci ildə düşüb.

23. Trampın ən çox sevdiyi avtomobil markası “Cadillac”dır. Bununla yanaşı Amerika prezidentinin şəxsi avtoparkında onlarla digər avtomobillər də yer alır.

24. Donald Tramp əllə görüşməyi xoşlamır. Buna məcbur olanda, görüşdükdən sonra cibindəki nəm salfetlə əllərini silir və bunu görüşdüyü və ətrafdakı insanların gözü önündə edir. Bunun səbəbini soruşduqda isə bir sözlə cavab verir: “Mikrob”.

5dec6fc375bca76168ad1eca99ec3d3d_85ccf6e8-d2dc-4e3a-b60b-0ade25ed3796.jpg (76 KB)


25. Qolf Donald Trampın ən sevimli hobbisidir.

26. Prezident Donald Trampın “vizit kart”larından biri onun saç düzümüdür. Çoxları onun parik taxdığını düşünür. Bu cür düşünənləri şübhədən çıxarmaq üçün televiziya verlişlərinin birində Tramp aparıcıya onun saçlarına toxunmağa icazə verib.

27. Donald Tramp ilk biznes fəaliyyətinə atasının yanında başlayıb və o, biznes sahəsindəki bacarığı ilə təcrübəli biznesmen olan atasını təəccübləndirməyi bacarıb.

28. Tramp atasının vəfat etməsini həyatda ən böyük itki sayır. Atası Frederik Tramp 1999-cu ildə, 93 yaşında vəfat edib. Atasından Trampa 300 milyon dollar qalıb.

Donald Tramp - Donald Tramp is feeling clown. | Facebook

29. Övladları arasında bölüşdürdüyü 500 milyon dolları nəzərə almasaq, Donald Trampın hazırki sərvəti 4 milyard dollardan artıqdır.

30. Sağlamlıq baxımından Amerika prezidentinin səhhətində heç bir problem yoxdur və o, heç bir xəstəlikdən şikayətlənmir.

31. 74 yaşlı prezident yaşına baxmayaraq, növbəti prezident seçkilərində iştirak edəcəyini bəyan edib və seçkilərdə qalib olacağına əminliyini də bildirib.

32. Donald Trampın növbəti prezident seçkilərinə qatılmasında qeyri-adi heç nə yoxdur. Prezident olmaq üçün yaş önəmli deyil, əsas dünyanın siyasi düzəninə rəvanlıq gətirəcək baş vacibdir.

First Tramp Trump (@FirstTrampTrump) | Twitter
FemaleFan » 2016 » June
Trump`s wife gives birth to baby boy - today > entertainment ...




Xəbərin oxunma sayı : 1375




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap