Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

76 yaşlı kişinin butulkadan tikdiyi qeyri-adi ev - VİDEO

Tarix 19.12.16, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


76 yaşlı Baləhməd Xanbabayev butulkadan istifadə edərək özünə qeyri-adi ev tikib.

ARB TV xəbər verir ki, hamının diqqətini çəkən bu ev 3 otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir.

Tikilinin lahiyəsi də özünə məxsusdur. Sözü gedən evin inşaasına da 16 il öncə başlanılıb. Hazır vəziyyətə gətirilməsinə 4 il vaxt sərf edilib. Evin tikilməsinin isə maraqlı tarixçəsi var.

Baləhməd Xanbabayev - Evin sahibi: "Mən bura gələndə meşələrdə butulka çox idi. Fikirləşdim ki, bunlardan nə yaradım? Yavaş-yavaş planımı qurub, evi tikməyə başladım".

İndi onun evi Azərbaycanla yanaşı xarici ölkələrdə də tanınır. Nabrandakı butulka ev barədə bir sıra əcnəbi telekanallar və internet portalları xəbərlər hazırlayıb.

Otaqların qızdırılmasın da isə odundan istifadə edilib. Buraya yayda çox turist gəlsə də, qış fəslində isə qonaqlar nadir hallarda üz tutur.

Baləhməd Xanbabayev - Evin sahibi: "Gəlib baxırlar, şəkillər çəkib gedirlər. Yayda çoxu istirahətə gəlir. Xoşlarına da gəlir. Qış fəslində isə az-az gəlirlər və 40-50 manata bütün binanı verirəm".

Artıq Nabranda qaz xətlərinin çəkilməsinə start verilib. Bu isə növnəti ildən etibarən qış aylarında da turist cəlb etməyə imkan yaradacaq.

Qış mövsümün də qeyri-adi məkanda dincəlmək istəyənlər, Nabran sakininin boş butulkadan istifadə edərək tikdiyi evi seçə bilərlər.






Xəbərin oxunma sayı : 544




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap