Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

80 milyon dolları dələduzluqla ələ keçirən vəkil Azərbayana qaçıb

Tarix 18.09.17, 0:59

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə dələduzluq yolu ilə 150-dən çox adamı aldadan və onların 250 milyon TL-ni (təxminən 80 milyon dollar) dələduzluq yolu ilə ələ keçirən vəkilin Azərbaycana qaçdığı bildirilir. Virtualaz.org xəbər verir ki, bu haqda “Sabah” qəzeti yazıb.

Konya Barosunun (Vəkillər Kollegiyasının) üzvü olan, lakin törətdiyi dələduzluq əməllərinə görə kollegiyadan xaric edilən Burak Yankınla yanaşı nişanlısı və iki qardaşı da bu dələduzluq işində fiqurantdır. İş üzrə cəmi 9 nəfərin adı keçir. Yankın və digərlərinin barəsində 28 il həbs cəzası tələb edilir. İşə İstanbul məhkəməsi baxır.

Zərərçəkənlərdən İlkay Y. məhkəməyə ifadəsində deyib ki, Burak Yankın üzərinə həbs qoyulmuş avtomobilləri hərracdan ucuz qiymətə alaraq özünə cüzi gəlir götürməklə ona satacağı ilə aldadıb. Digər zərərçəkən Veysi Z. vəkilin avtomobil kirayəsi ilə məşğul olan şirkətlərdən avtomobilləri götürüb onlara verdiyini deyib. Mehmet. A. adlı zərərçən isə deyib ki, dost-tanışdan borc topladığı 5.5 milyon TL-ni dələduza qapdırıb. “Həyatım məhv oldu, borclulardan aldığım təhdidin sayı-hesabı yoxdur. Uşaqlarımla təhdid edilirəm”-o deyib.

Lüks arabalar düşkünü kimi tanınan Yankının Azərbaycana qaçdığı təxmin edilir. Onun barəsində fərqli məhkəmələrdə cəmi 62 iddia qaldırılıb.



Xəbərin oxunma sayı : 193




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap