Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

99 il əvvəl Bakıda Atatürkə yazılmış şeir: “Əlbət, İstanbul türkə qalacaq”

Tarix 20.06.21, 17:36

Font ölçüsü : - / +
bitmap-img6


1922-ci ilin avqust ayının sonunda Mustafa Kamal paşanın öndərliyində başlayan Qurtuluş hərəkatı ən böyük zəfərini qazandı. 30 avqustda Dumlupınar qələbəsi ilə yunan ordusu üzərində həlledici zəfər əldə edildi, Anadolunun qərbi düşmən işğalından qurtarıldı.

Bu qalibiyyət yunanların dəstəkçisi ingilisləri də çətin vəziyyətə saldı. İngiltərə artıq Yunanıstanı dəstəkləyən siyasətdən vaz keçməli olsa da, Aralıq dənizində və Çanaqqala boğazındakı mənfəətlərindən əl çəkmək istəmirdi. Dönəmin ingilis zabitlərindən Çörçilə görə, əgər türklər boğazı ələ keçirərlərsə, İngiltərə Birinci Dünya müharibəsinin nəticəsində əldə etdiyi qazanclardan məhrum olacaqdı.

9 sentyabrda İzmirə daxil olan türk qoşunları Çanaqqaladan başlayan tərəfsiz bölgə üzərindən İstanbula doğru irəliləməyə başladı.

Tarixə "Çanaqqala böhranı” kimi düşən bu hadisə İngiltərə daxilində qarşıdurmaya səbəb oldu. 15 sentyabrda ingilis hökuməti toplanaraq ordularının mövqelərini qorumağına qərar verdi. Lakin müharibədən bezən ingilis xalqı Türkiyə ilə yeni müharibəyə qarşı idi. 18 sentyabrda "Daily Mail” qəzeti "Bu müharibəni dayandırın!” başlığı ilə ingilis hökumətinə təzyiq etdi. Qəzet 21 sentyabrdakı manşetində hətta "Çanaqqaladan rədd olun!” başlığından istifadə etdi. 23 sentyabrda toplanan ingilis hökuməti Şərqi Trakyanı Türkiyəyə vermək məcburiyyətində qaldı. Nəticədə Türkiyə ilə sülh müqaviləsinin imzalanmasına qərar verildi. 1922-ci ilin oktyabrın 3-də Mudanyada sülh danışıqlarına başlandı.

Bu hadisə Sovet Azərbaycanında da sevinclə qarşılandığı üçün mətbuatda haqqında yazılar verilib. O zamankı Rusiya-Türkiyə ittifaqı da bu mövzuların işıqlandırılmasında əsas rol oynayıb. 1922-ci ildə latın qrafikası ilə çap olunan ilk qəzetimiz olan "Yeni yol”un 4 noyabr 1922-ci il tarixli 7-ci sayında "Əliş” imzası ilə bu mövzuda bir şeir çap olunub. Həmin şeiri təqdim edirik:
 
Döydü yunanı Mustafa Qazi
Qırdı əsgərin, qaçdı bir azı
Qovdu düşməni Anadoludan
Qaldı arada Çanaq boğazı.

Yunan başına dünya olmuş dar
Aşmış başından dərd ilə azar
Səsi kəsilib xır-xır xırıldar
Yırtıb boğazın Çanaq boğazı

Düşmüş Venezilos payitəxtlərə
Çöküb yapışmış çox ətəklərə
Kömək verən yox: çün köpəklərə
Zor kəmik atmış Çanak boğazı

Girib ingilis Çanaqqalaya
Onu tapşırıb üç-dörd alaya
Düşüb canı bir yaman bəlaya
Qalıb boğazda Çanaq boğazı.

Çıxıb yoldaşlar bitərəf yerdən
Çəkib əsgərin ikisi birdən
Üzüb ingilis əl göydən-yerdən
Çıxır əlindən Çanaq boğazı.

İngilis alışıb boğaz boğmağa
Kəsib yolları, sərvət yığmağa
Az qalıb gözəl bir gün doğmağa
Boğar onu da Çanaq boğazı.

Ədirnəni tez türklər alacaq
Əlbət, İstanbul türkə qalacaq
Bütün aləmə acıq olacaq
Qapıların sənin Çanaq boğazı.

25 Oktyabr 1922, Bakı
Əliş
 

Mənbə: Teleqraf.com




Xəbərin oxunma sayı : 340




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap