Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“1xBet“də mərc etməyin qaranlıq tərəfləri - Araşdırma

Tarix 17.08.19, 14:51

Font ölçüsü : - / +
bitmap-img6


Mərc oyunları industriyası son illər əsl yüksəliş dövrünü yaşayır. Bunun əsas səbəblərindən biri bukmeyker məntəqələrinin (kontorlar) internet şəbəkəsindəki ekspansiyasıdır. Qeydiyyat ünvanı Virjin və ya Karib adaları olan yüksək əmsal və tez çıxarış vəd edən bu cür kontorlar qeyri-qanuni yollarla Azərbaycan ərazisində də fəaliyyət göstərməkdədir. Bunların arasında "1xBet" bukmeyker kontoru xüsusi canfəşanlığı ilə seçilir.

Əsasən Avropa ölkələri və postsovet məkanında fəaliyyətini təşkil edən "1xBet" bir çox ölkələrdə blok edilir, o cümlədən ABŞ və Rusiyada. Son olaraq bir neçə gün öncə onun Böyük Britaniyada fəaliyyəti dayandırılıb. Buna səbəb kontorun Keniyada məktəblərdə keçirildiyi güman edilən U16 basketbol oyunlarına və başqa yarışlara dair mərclər qəbul etməsi olub. Uşaqlar üzərində mərc qurmaq qanun pozuntusu olmaqla yanaşı, həm də etik normaya sığmayan haldır. Kontorun fəaliyyəti daim çoxsaylı şikayətlərlə müşayət olunur. Bunu daha aydın şəkildə "1xBet"in ən iri bazarlarından olan Rusiyanın timsalında görə bilərik. Bunun üçün bukmeyker kontorları ilə istifadəçilər arasında mübahisələrin həllində körpü rolu oynayan nüfuzlu "Bukmeykerlərin Reytinqi” servisinə daxil olan şikayətlərin təhlilinə nəzər yetirmək yetərlidir. Belə ki, servisin əsaslı hesab edib araşdırmasına başladığı 440 milyon rubl dəyərindəki pretenziyaların yalnız 3,6%-i kontor tərəfindən haqlı sayılıb, 93%-ə isə ümumiyyətlə, məhəl qoyulmayıb.



"1xBet" bu cür kütləvi pozuntuları və neqativi isə aqressiv reklam siyasəti ilə minimallaşdırmağa çalışır. Belə ki, 2019-cu ilin birinci rübündə "Runet"in ən iri reklam verənləri arasında "1xBet" şirkəti "Google" və "PepsiCo"dan sonra üçüncü pillədə qərarlaşıb. Filmlərin pirat yolla onlayn yayımını həyata keçirən istənilən resursun hər hansı video-çarxını açsanız çox böyük etimalla ilk 20 saniyədə məcburi qaydada bu kontorun reklamını dinləməli olacaqsınız. Dünənə kimi Azərbaycanda idman sahəsində fəaliyyət göstərən bəzi saytlarda da hər hansı müqavilə olmadan bu kontorun reklamları yerləşdirilirdi. Bəzi yerli və xarici saytlarda həmin şirkət tərəfindən ölkənin milli komanda futbolçularının şəkillərinin qanunsuz olaraq reklam məqsədli istifadə edildiyini görmək olardı. Bütün bunların nəticəsi olaraq Azərbaycanda da bu kontorun vədlərinə inanıb mərc edən kifayət qədər auditoriya yarandı. Lakin hər yerdə olduğu kimi, bizdə də "1xBet"in əsl üzü qısa müddət sonra ortaya çıxmağa başladı.

Bu ilin yanvarında polisə daxil olan istifadəçi şikayətlərini nəzər alan "Portmanat” elektron cüzdanı "1Xbet"lə əməkdaşlığı dayandırdı. Baş verənlərə xüsusi əhəmiyyət qazandıran fakt ondan ibarətdir ki, kart vasitəsilə həmin kontordakı hesaba vəsait yatırdıqda qanunvericiliyə görə 18% vergi şəklində tutulurdusa, "Portmanat" isə bu əməliyyat üçün heç bir komissiya almırdı. Çox qısa zaman kəsiyində bu boşluğu heç kəsə məlum olmayan "CaspianPay” elektron pulqabısının dolduracağı məlum oldu. Kontor Azərbaycan auditoriyası üçün yaradılmış rəsmi "Facebook" səhfəsindən "CaspianPay”lə əməkdaşlıq etdiyini bəyan edir. Həmin pulqabıdan da eynilə "Portmanat"da olduğu kimi, komissiya haqqı tutulmurdu. Qısa zaman sonra "CaspianPay” faktiki olaraq istifadəçilərin pullarını götürüb qeybə çəkildi. Servisin işində bir anda problemlər yarandı. Hesabda olan vəsaitlər üzrə heç bir əməliyyat aparmaq mümkün olmadı. "CaspianPay”ə əli çatmayan aldadılmış istifadəçilər öz şikayətlərini kontorun rəsmi "Facebook" səhfəsinə yönəldirdilər. Qarşı tərəf isə bütün bu şikayət və mənfi rəyləri səhifədən silməklə kifayətlənirdi. "CaspianPay” elektron cüzdanı bu gün də mövcuddur, lakin hesablardakı vəsaitlə heç bir əməliyyat aparmaq mümkün deyil.

Maraqlıdır ki, bukmeykerin Azərbaycan ərazisində rəsmi səhifəsinə giriş bloklansa da müxtəlif güzgülər (saytın fərqli URL-lərdə mövcud olan nüsxələri) vasitəsilə hesaba vəsait mədaxili və mərc etmək mümkündür.




Yəni hələ də adi debet kartına sahib biri depozitə vəsait yatırmaqla sərbəst şəkildə bu kontorda mərc edə bilir. Bu zaman əsas şirnikləndirici amil isə geniş mərc xətti və daha yüksək əmsaldır. Lakin çoxsaylı şikayətlərin təhlili göstərir ki, mərc edib udmaq işin heç yarısı da deyil. Hər şey məhz bundan sonra başlayır və uduşlar nə qədər intensivdirsə onun fəsadları da bir o qədər təsirli olur. İlkin mərhələdə dərhal hesab üzrə müəyyən olunmuş uduş limiti kəsilir. Mərc etməyi maksimum dərəcədə əlverişsiz etmək üçün istifadə olunan digər vasitə əmsalların azaldılmasıdır. Yəni eyni hadisə üçün az hallarda udan şəxsə 1,95 əmsal göstərilirsə, uğurlu tarixçəsi olan istifadəçi üçün bu əmsal 1,70 olacaq. Yuxarıda qeyd olunanlar istifadəçinin iştahını cilovlamağa yetərli olmayanda daha radikal, aldadıcı tədbirlərə əl atılır. Buraya balansın müsadirəsi, hesabdan vəsait çıxarılmasının ləngidilməsi və s. daxildir. Son variant kimi isə hesabın blok edilməsinə əl atılır. Qeydiyyat zamanı qəbul olunması mütləq olan istifadəçi müqaviləsi bütün qeyd etdiklərimizi etmək üçün geniş imkanlar verir.

Nəticədə "1xBet" tərəfindən hüquqları pozulan istifadəçilərin isə reallıqda bukmeyker kontorunu Kiçik Antil adaları qrupuna daxil olan Kyurosao-da yerləşən məhkəməyə verməkdən başqa əlacı qalmır.






Xəbərin oxunma sayı : 934




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap