Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“2000-dək şəxsə ünvanlı sosial yardım ödənilməsi dayandırılıb” – Sahil Babayev

Tarix 14.10.19, 21:33

Font ölçüsü : - / +
bitmap-img6


“Ünvanlı sosial yardımla bağlı davamlı monitorinqlər aparılır. Artıq 2000-dək şəxsə ünvanlı sosial yardım ödənilməsi dayandırılıb”.

Bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, monitorinqlər nəticəsində ünvanlı sosial yardım təyinatından sonra qısa müddət ərzində bir sıra şəxslərin əmək müqavilələrinin ləğv edilməsi, sosial sığorta ödənişlərinin həyata keçirilməməsi və digər şübhəli hallar meydana çıxır: “Ən son meydana çıxan hallardan biri budur ki, bir fiziki şəxsin imzaladığı əmək müqavilələri nəticəsində onunla muzdlu əmək müqaviləsinə malik 170-dən çox şəxs ünvanlı sosial yardım alır. Yəni, bir fiziki şəxs, bir kiçik şirkət çərçivəsində 170 ünvanlı sosial yardım alan şəxsin olması və onlarla imzalanmış əmək müqaviləsinin 3-5 gün, 1 həftə sonra ləğv edilməsi birbaşa onu göstərir ki, bu, elektron sistemlərə saxta informasiyaların ötürülməsi üçün görülən tədbirlərdir. Bu şəxslərin ünvanlı sosial yardımı ləğv edilib və həmin işbazlar barəsində də müvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Bu proses davamlı olacaq. Elektron monitorinq çərçivəsində saxta yollarla ünvanlı sosial yardım almağa başlamış şəxslərlə bağlı tədbirlər görüləcək”.

Nazir bildirib ki, hazırda təqribən 70 min ailəyə ünvanlı sosial yardım ödənilir, bu isə 280 min insanı əhatə edir: “Onların da yarıdan çoxunu uşaqlar təşkil edir. Ödənilən məbləğin ailə başına düşən orta rəqəmi 200 manatın üzərindədir. Bu, kifayət qədər ciddi resursdur. İl ərzində təkcə ünvanlı yardım vasitəsilə vətəndaşlara ödəniləcək məbləğ 170 milyon manatdır”. (apa)



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap