Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“2020-ci ildə artıq Naxçıvana qatarla gedəcəyik” - Cavid Qurbanov

Tarix 15.11.17, 22:40

Font ölçüsü : - / +
bitmap-img6


“Şimal-Cənub dəhlizinin birinci hissəsində işlər bu ilin dekabrında yekunlaşacaq. İran tərəfində isə 2020-ci ilə kimi bitməlidir”.

Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün keçirilən “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağında jurnalistlərə açıqlamasında səsləndirib.

C.Qurbanov onu da qeyd edib ki, birinci hissədə artıq işlər başa çatmaq üzrədir: “Şimal-Cənub dəhlizi iki hissədən ibarətdir. Birinci hissəsi Astara-Astara dəmiryol xəttidir, bizim tərəfdə 16 kilometr artıq tikilib. Cənab prezidentin tapşırığı ilə biz dekabr ayında o birinci hissənin birinci fazasını yekunlaşdıracağıq. Birinci faza o deməkdir ki, biz öz tərəfimizdə vergi, sərhəd, vaqonların yoxlanışı, İran tərəfdə 1,4 kilometr yolun, 35 hektar yerdə olan quru yüklərin boşaldılması üçün terminal, sərnişin daşınması üçün stansiyanın tikilməsi nəzərdə tutulub. Bu işləri təqribən dekabr ayının sonlarında yekunlaşdıracağıq”.

C.Qurbanov sözlərinə görə, 2020-ci ildə artıq Naxçıvana qədər qatarla getmək mümkün olacaq: “İkinci tərəfin tikilməsi üçün Azərbaycan dövləti tərəfindən 500 milyon dollar kredit ayrılıb. Bu həm İran tərəfi, həm də Azərbaycan tərəfindən razılşadırılıb. Nazirliklərə, aidiyyatı qurumlara bu məsələrlə əlaqədar sənədlər göndərilib. Tikinti işlərinə gələn ilin birinci yarısında başlanacaq. Orada tikinti işləri 2020-ci ilə kimi bitməlidir. 2020-ci ilə qədər biz artıq 164 kilometrin açılışını edəcəyik, buradan Naxçıvana qədər sizinlə bərabər qatarla gedəcəyik”.

Musavat.com



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap