Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“2021-ci ildə neftə tələbat artacaq“ - OPEC

Tarix 04.01.21, 11:02

Font ölçüsü : - / +
bitmap-img6


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci ildə bu növ yanacağa olan tələbatın sutkalıq 5,9 milyon barel artaraq 95,9 milyon barelə çatacağını gözləyir.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş katibi Məhəmməd Barkindo OPEC+ Texniki Monitorinq Komitəsinin bazar günü keçirilən iclasından sonra bildirib.

Onun sözlərinə görə. OPEC+ ölkələrinin 2020-ci ilin 3 dekabr tarixli qərarı ilə yaxın aylarda tədricən bazara 2 milyon barel neftin qaytarılması imkanı verir. Eyni zamanda, saziş iştirakçıları olan ölkələr hər an bazar vəziyyətindən asılı olaraq bu planı tənzimləməyə hazırdırlar.

O qeyd edib ki, koronavirus üçün peyvəndlərin hazırlanması dünya iqtisadiyyatının böyüməsinə və neft bazarınının artımına böyük ümidlər bəsləyir: “Biz ümid edirik ki, bu il neftə tələbat azalmadan artıma keçəcək və gündəlik 95,9 milyon bareli keçəcək ki, bu da 2020-ci ilə nisbətən gündəlik 5,9 milyon barel çoxdur".

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 18:00-da OPEC+ ölkələrinin nazirləri fevral ayı üçün hasilat səviyyələrinə qərar vermək üçün növbəti onlayn görüşə toplanacaqlar. Dekabrın 3-də keçirilən daha öncəki iclasda neft hasilatını ayda gündəlik 0,5 milyon bareldən çox olmayan şəkildə tədricən artırmaqla bağlı razılığa gəliblər. Bundan əvvəl isə OPEC+ Monitorinq Komitəsinin Nazirlərin görüşü keçiriləcək ki, burada da iştirakçılar noyabr sazişinin icra səviyyəsini müzakirə edəcək və üzv ölkələrə fevral ayı üçün hasilatla bağlı tövsiyələr verə bilərlər.



Xəbərin oxunma sayı : 364




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap