Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“2025-ci ilə qədər neftin qiyməti 70 dollar/bareli keçə bilər“ - BEA

Tarix 13.10.20, 14:44

Font ölçüsü : - / +
bitmap-img6


Qarşıdakı 20 ildə neftin dəyəri bir barel üçün 50 ABŞ dollarının üzərində qalacaq, baza ssenaridə isə 2025-ci ilədək bir barel üçün 71 dollara, 2030-cu ilədək 76 dollara və 2040-cı ilədək 85 dollara yüksələ bilər.

“Report” xəbər verir ki, bu proqnozlar Beynəlxalq Energetika Agentliyinin (BEA) “World Energy Outlook 2020” hesabatında yer alıb.

BEA 2040-cı ilədək uzunmüddətli proqnozda pandemiyadan sonra enerji bazarlarının inkişafı üçün bir neçə ssenari nəzərdən keçirir. Belə ki, “Stated Policies Scenario” (STEPS) baza ssenarisində agentlik dünyanın 2021-ci ildə tədricən koronavirus pandemiyası üzərində nəzarəti ələ keçirə biləcəyini düşünür. Bu vəziyyətdə qlobal iqtisadiyyat elə 2021-ci ilin sonuna qədər böhrandan əvvəlki səviyyələrə qayıdacaq. Həmçinin bu ssenaridə ölkələr iqlim hədəfləri ilə bağlı başlatdıqlarını siyasətlərini həyata keçirməyə davam edirlər.

2021-ci ildə koronavirusa qalib gəlmək mümkün olmasa və iqtisadiyyatın bərpası gecikərsə (Delayed Recovery Scenario), neftin qiyməti bir qədər zəif artacaq: 2025-ci ilədək 59 dollar/barelə, 2040-cı ilədək isə 72 dollar/barelə çatacaq.

Bəşəriyyətin Paris sazişinin iqlim hədəflərinə çatmasını sürətləndirdiyi daha radikal ssenaridə (Sustainable Development Scenario) neftin qiymətinin 2025-ci ilədək 57 dollar/barel, 2040-cı ilədək isə 53 dollar/barelə bərabər olacağı proqnozlaşdırılır.

Uzunmüddətli perspektivdə qiymət artımları bazarda təklifin tarazlaşdırılması zərurətindən irəli gələcəkdir. İnvestisiyaları stimullaşdırmaq üçün isə önümüzdəki beş ildə neftin qiymətinin 70 dollar/barelə yüksəlməsi lazımdır. Bundan sonra qiymətlər bir barel üçün 75-85 ABŞ dolları aralığında sabitləşəcək”, - BEA hesabatında deyilir.



Xəbərin oxunma sayı : 412




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap