Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“248 № li Orta Məktəbdə Xəyyam Fərəcov sindromu - FOTO

Tarix 14.11.17, 5:16

Font ölçüsü : - / +
bitmap-img6


248 № li məktəbi öz qanunları ilə idarə edən direktor əvəzi və müavinlərindən Mikayıl Cabbarova şikayət

Binəqədi rayon Nizami Nərimanov adına 248 saylı tam orta məktəbindən "XeberBiz"- saytına a daxil olan şikayətə görə təhsil ocağının direktor əvəzi Xəyyam Fərəcov və müavinləri məktəbdə sözün əsl mənasında "bazar" açıblar.

248 saylı orta məktəbdə işləyən, adlarının açıqlanmasını istəməyən bir qrup müəllimin saytımıza göndərdiyi şikayət məktubunu oxucularımıza olduğu kimi təqdim edirik: 

"Hörmətli Nazir!

Biz 248 saylı məktəbin müəllimləri direktor əvəzi Xəyyam Fərəcovdan və müavini Reyhanə Qurbanovanın pul yığmasından bezmişik.Dərsə 5 (beş) dəqiqə gecikən şagird üçün 5 AZN haqq qoyulan belə bir təhsil ocağında hansı təlim-tərbiyyədən danışaq!? İbtidai sinif müəllimlərindən ayda 25 (iyirmi beş) AZN tələb edirlər. 
Evdən pul gətirməkdən bezmişik. Əmək haqqı da almırıq ki, verək. Əmək haqqı almamağımızın səbəbi isə vurma cədvəlini bilməyən Reyhanə müəllimin əmək haqqı cədvəlini vaxtında yazıb mühasibatlığa təhvil verməməsi olub. Noyabr ayının 10-u olmağına baxmayaraq hələ ki, əmək haqqı almamışıq. 



Müəllimlər bildirirlər ki, direktor müavini Reyhanə Qurbanovanın pul yığmaq üstündə 283 saylı orta məktəbdən kollektiv tərəfindən qovulması hər kəsə məlumdur. Əmək kitabçası başdan ayağa saxta olan direktor müavini 283 saylı məktəbdə cəmi 10 ay işləyib. 

"Reyhanə Qurbanovanın əmək kitabçasının saxta olmasına gəldikdə isə deyə bilərik ki, dövlət idarəsində işlədiyini iddia etməsinə baxmayaraq, sosial sığorta şəhadətnaməsi ona 2006-cı ildə yox, 2010-cu ildə verilib. Çox xahiş edirik ki, direktor müavinin saxta əmək kitabçası yoxlanılsın. O zaman Reyhanə Qurbanovanın hansı saxtakarlıqlar etdiyi üzə çıxacaq. Əmək kitabçasının saxta olması bir yana qalsın, bu adam ad gününü də saxtalaşdırıb. Bütün kollektiv bilir ki, Reyhanə 11.11.1965-ci ildə anadan olub. O, isə ayın 10-da ad gününü qeyd etdi. Saat 12-də bütün şagirdləri məktəbdən çıxartdılar ki, bu gün Reyhanə Qurbanovanın ad günüdür. Məktəb şadlıq evinə bənzəyirdi. Kimi maşınlardan qazanlarda yemək, kimlərsə isə tortlar daşıyırdılar. Müəllimlər otağını isə banket zalı eləmişdirlər. Yeməklər düzülüb, çaylar süzülüb, bir yemək –içmək var idi. Xəyyam Fərəcov da başda əyləşmişdi. Tapşırığı da müəllimlərə belə idi: “Hamı təbrikə 50 AZN pul verməlidir”.Bircə əmək müəllimi Elman Xudiyev təbrikə rəsm əsəri ilə gəlmişdi".



Şikayətçilər qeyd edirlər ki, hansı qanunda var ki, şagirdi dərs vaxtı təhsildən yayındırıb direktor müavini məktəbdə ad günü keçirtsin!? Bu adam pul yığmaqdan başqa heç bir şey bilmir. Təhsilimizə mənfilik gətirən bir adamın təhsildə qalması yolverilməzdir. 

Müəllimlər bildirirlər ki, hazırkı rəhbərlik məktəbdə güclü maliyyə pozuntularına yol verir. Buna misal olaraq yarım qrupa bölünməli olan ingilis dili fənni ümumiyyətlə bölünmür. İkinci maliyyə pozuntusu qiyabi qruplarda 10-cu sinfə qəbul ləğv edildiyindən 11 və 12-ci sinflərdə şagirdlərin sayı 20 nəfərdən az olmamalıdır. Lakin əldə heç bir əsas olmadan sayı 14-15 şagirddən bölüb siniflərin sayını artırıblar. Bu güclü maliyyə pozuntusudur. Həftənin dörd gününü dərsə gəlməli olan qiyabi qruplar heç bir gün də dərsə gəlmir. Bu gün 248 saylı orta məktəbdə saxtakarlıq, korrupsiya, maliyyə pozuntuları baş alıb gedir. Ən böyük saxtakarlıqlardan biri isə Diaqnostik qiymətləndirmədə iştirak etməyən direktor müavinləri Reyhanə və Xanım müəlliməyə qanunsuz dərs saatı yazılmasıdır.

Hörmətli Nazir!

Azərbaycan Prezidenti İlham Əliyev cənabları 248 № li orta məktəbin binalarının əsaslı təmir və yenidən qurmadan sonrakı vəziyyəti ilə tanış olub. Bütün sinif otaqlarına, fənn kabinetlərinə baxış keçirmişdir. Xəyyam Fərəcovla və Reyhanə Qurbanovanın göstərişi ilə 2017-2018-ci tədris ilindən kimya kabinetini ibtidai sinif otağı edilib. Həmin kimya otağında ibtidai sinif müəllimi Gündüz Quliyeva dərs keçir. Çoxlu kimyəvi turşular, kimyəvi maddələr olan otaqda ibtidai sinifin dərs keçməsi yolverilməzdir. Bu ibtidai sinif uşaqlarının kimyəvi maddələrdən heç bir anlayışı yoxdur.

Cənab Nazir!

Biz bir neçə dəfə faktlarla məktəbdə baş verən hadisələri açıqlamışıq. Ancaq Bakı Baş Təhsil İdarəsinin Daxili Nəzarət Şöbəsinin işçiləri bu faktlara heç bir reyaksiya vermir. Biz inanırıq ki, Siz bu faktlar öz nəzarətinizə götürüb, məktəbdə baş verən hadisələrin araşdırılmasına göstəriş verəcəksiniz.

Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.





Xəbərin oxunma sayı : 1162




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap