Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“5 il həbs mənim mövqeyimi dəyişmədisə, parlament dəyişdirə bilməz” - İlqar Məmmədov

Tarix 06.12.19, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


Parlament seçkiləri ölkə gündəminin əsas mövzusudur. Bizimyol.info-nun suallarına REAL partiyasının sədri İlqar Məmmədovdan cavablar:

-İlqar müəllim, REAL seçkilərə hazırdırmı?

- Konstitusiya məhkəməsinin qərarı siyasi nöqteyi nəzərdən gecikib. Cari ilin may ayında biz əsas yaratmışdıq ki, məclis buraxılsın.Hələ may ayında bunun üçün qanuni vəziyyət mövcud idi. Huquq və legitimlik baxımından vəziyyət var idi. Biz seçkilərə hazırıq və iştirak etməyə qərarlıyıq.Parlamentin buraxılması demokratik keçid üçün imkan açır və biz xalq olaraq bundan istifadə etməliyik.

- Necə hesab edirsiniz, seçkilər bu dəfə demokratik qaydada keçiriləcək?

-Biz bunu həmişə təkid etmişik və bu fürsətən istifadə etmək lazımdır. Heç kim seçkiləri öz iradəsi iılə demokratik keçirməyəcək. Demokratik seçkilər üçün xalq və müxalifətin əl-ələ veməsi lazımdır. Bizə sual verirlər,total saxtakarlıqla müşahidə olunan seçkilərə niyə gedirik? Mən sual verirəm, bəs alternativi nədir?. Evdəmi oturaq? Bunun bizə nə faydası olacaq. Hansısa cəhd olunmalıdır. Bütün generallar müharibə bitən kimi yeni müharibəyə hazır olmalıdırlar. Ola bilər kki, hakimiyyət bəlkə bu dəfə başqa saktakarllığa və təsir formalarına əl atacaq. Bəlkə əvvəlki saxtakarlıqlara tarixi şərait imkan verməyəcək? Bu ehtimaldır. Amma parlament niyə buraxılırdı. Madam ki buraxılıb, deməli başqa şanslar var. Son 3 seçkiləri müxalifət boykot etmişdi. Ard-arda 3 baykot nəticəsində biz nə qazandıq?

Boykot seçki v siyasi proseslərdən kənarlaşma deməkdir.Bu boykot o zaman real olardı ki, 100 minlərlə insan küçələrə tökülüb etiraz edərdi. Amma bizdə bunu etmirik, özümüzü aldatmayaq. Siyasi mühəndislik işi görülmədən indiki siyasi hakimiyyətdə və ölkədə dəyişiklik etmək mümkün deyil. Bu anlamda mən hamını səsverməyə çağırırıam. YAP-ın 700 min seçicisi var. Və onları seçkilərə gətirəcəklər. Müxalifətin isə milyondan çox seçici səsvermədə olmayıb. 5 milyon səsvermə qabiliyyətli insanın hamısı gəlmir və gəlməyənlərin səsinin saxtalaşdırılması labüddür. Təməl siyasi dəyşiklik üçün konstitusion gedişat istifadə olunmalıdır.Nə qədər çox seçkiyə gəlsəniz, səslərinizi o qədər az oğurlayacaqlar.

- Müxalifətin indi daha çox şansı varmı sizcə?

-Xəyal qurmaqla şərt irəli sürmək arasında fərq var. Seçki mühiti öz-özünə daha yaxşı vəziyyət alıb. Texnologiyaları nəzərə alaraq deyirəm. Müxalifət öz fikrini öz izləyicilərinə çatdıra bilirlər. Bu əvvəllər olmayıb. Gələcəkdə olmaya da bilər.Biz həmişə bizi TV-yə radioya buraxın deyirdiksə indi bu olmasa da olar. İndi tv-lərin baxış sayı sosial mediadan aşağıdır yəni biz öz sözümüzü vətəndaşa çatıdra bilirik. Bir şərti texnologiya həll edib.

İkinisi- İlin əvvəlində siyasi məhbusların azadlığı üçün fəaliyyət göstərdik. Xeyli siyasi məhbus azad edildi. 100-dən çox siyasi məhbus yenə var.Amma bu prosesdə yumşalma var və hesab edirik ki, yeni əff fərmanı ilə çoxlu sayda siyasi məhbus azad ediləcək.

-Mandat aldıqdan sonra mövqeyini dəyişəən çox deputatlar var. Mövqeyiniz deyişə bilərmi?

-Hələlik mənim seçkidə iştirak hüququmu hələ tanmırlar və mən bu uğurda mübarizə aparırıam. Mənim sənədlərimi hələ qəbul belə etmirlər.Mən inanmıram ki, Azərbaycanda demokratik seçki haklimiyyətin öz iradəsidir. Mən öçrümün 5 ilini həbsdə keçirmişəm. Bu 5 ildə mövqeyim dəyişməyibsə parlament mənim mövqeyimi dəyişə bilməz, mən həmişə xalqın iradəsini dilə gətirəcəm.

Hər yeni seçkini əvvəlki seçkinin yas mərasiminə çevirmək olmaz. Nəticələr çıxarıb döyüşə daha yaxşı hazırlaşıb getmək lazımdır.Seçki yenə saxta keçəcəksə dinc, konstitusion etirazda meydandayıq və seçkini daim boykot edənlərin meydanı da boykot etməyəcəklərinə inanmaq istəyirəm.

Başqa təşkilatlarla blok qurmaq planımız yoxdur, çünki başqa təşkilatlar 20 il ərzində düzgün mübarizə aparsaydılar, REAL`ın yaranmasına ehtiyac qalmazdı. Amma dairələri bölüşdürə bilərik.



Xəbərin oxunma sayı : 313




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap