Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“900-ə yaxın Azərbaycan vətəndaşı terrorçu təşkilatçılara qoşulub“ - Mədət Quliyev

Tarix 03.03.17, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


“Dünyanın təhlükəsizliyini ciddi təhdid edən radikalizmlə mübarizə ölkəmiz üçün ciddi məsələdir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində baş verən hadisələr, terrora çağırışlar hər kəsi narahat edir: “Bütün bunlar sülhə maneədir. Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasına qoşulub. Ölkəmiz terrorçuluqla mübarizədə öz töhfələrini verir. Bu məsələdə təkbaşına hərəkət etmək mümkün deyil”.

M.Quliyev qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyinin ilk illərindən ağır təhlükələrlə üzləşib: “Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal olunub. Məlumdur ki, Azərbaycan müxtəlif təhlükələrin olduğu məkanda yerləşir. Amma Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Prezident İlham Əliyev apardığı məqsədyönlü Azərbaycan beynəlxalq aləmdə öz yerini tutub, etibarlı tərəfdaş olub. Qardaş müsəlman ölkələri ilə təmasların olması çox mühümdür. 2017-ci il Azərbaycanda İslam Həmrəliyi İli elan edilib. Dini radikalizmə meyillərin artması ilə bağlı bəzi neqativ hallar baş verir. Təəssüf ki, əksəriyyəti gənclər olan 900-ə yaxın Azərbaycan vətəndaşı terrorçu təşkilatçılara qoşulub. Onların bəziləri öldürülüb, bəzi də Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıb. Son 1 ildə 54 nəfər Azərbaycan vətəndaşlığından xaric edilib”.



Xəbərin oxunma sayı : 418




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap