Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“İşıq, qaz, vergi, kredit xərclərinin ödənilməsinə güzəşt olmalıdır“ - Deputatdan hökumətə təklif

Tarix 24.03.20, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


“İnsanların ev şəraitində daha çox qalması onların işiq və qazdan da daha çox istifadəsinə gətirib çıxarır. Beləliklə, limiti keçən ailələrin sayı artacaq. Belə ailələr işıq və qazın xərclərini ikiqat ödəməli olurlar. Bu isə onsuz da durumu pisləşən ailələrin gəlirlərinin xeyli hissəsini işıq və qaza sərf etməsinə gətirib çıxarır”.

AzFakt.com xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında milət vəkili Əli Mənsimli işıq və qaz limitinin bu müddət üçün aradan qaldırılması təklifindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırkı şəraitdə ailələrin xərclərini yüngülləşdirməkdən ötrü hökumətin hazırladığı tədbirlər paketində işıq və qaz limitinin ya tam, ya da nəzərəçarpan dərəcədə qaldırılması zəruridir:

“Artıq epidemiya halından çıxaraq pandemiya miqyasına yüksəlmiş “COVID-19” virusunun təsir dairəsinin genişlənməsi insanların həyat və sağlamlıqlarına real təhdidə çevrilməklə yanaşı, bu xəstəliyin doğurduğu təsirlər həm iqtisadi müstəvidə, həm də insanların gündəlik yaşam tərzində, eləcə də onların maddi vəziyyətində mənfi təsirini aydın şəkildə biruzə verməkdədir.

Ona görə də ölkəmizdə koronavirus  infeksiyasının yayılmasına qarşı sistemli tədbirlər həyata keçirilir. Koronavirus  infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən martın 24-dən ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Məhdudlaşdırıcı tədbirlərin biznes strukturlarına və əhaliyə mənfi təsirini minimuma endirmək və mümkün sahələrdə isə tamammilə aradan qaldırmaqdan ötrü tədbirlər kompleksi hazırlanır. Həmin tədbirlər kompleksində insanların işdən çıxarılma hallarına yol verilməməsi, koronavirus təhlüksi sovuşana və insanlar normal fəaliyyət rejimində çalışmağa başlayanaqədərki dövrdə banklara borcu olanların əsas və faiz borclarını, eləcə də gecikmələrə görə pensiya, cərimə və s. dayandırılmasını, vergi güzəştlərini, eləcə də kommunal xidmətlərə görə xərclərin ödənilməsində güzəştləri zəruri hesab edirik.

Seçicilərlə görüş zamanı qaldırılan məsələr arasında işıq və qaz limitinin aradan qaldırılması məsələsi xüsusi yer tuturdu. Hesab edirik ki, Nazirlər Kabineti tərəfindən martın 24-dən ölkədə xüsusi karantin rejiminin tətbiqi bu məsələnin aktuallığını daha da artırıb”.



Xəbərin oxunma sayı : 481




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap