Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İş adamı özünü Roza Zərgərlinin qızının gözləri qarşısında öldürdü – TƏFƏRRÜAT

Tarix 23.12.20, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


Bir ay əvvəl Bakıda intihar edən iş adamı ilə bağlı sensasion təfərrüatlar üzə çıxıb.

Bir aydan artıq vaxt keçməsinə baxmayaraq, 36 yaşlı iş adamının intihar səbəbi hələlik açıqlanmasa da, onun tanınmış müğənni Roza Zərgərlinin qızı ilə sevgi münasibətləri olduğu iddia olunur.

Əldə etdiyimiz məlumata görə, hətta müğənninin qızı Bənovşə Allahverdiyevaya Ramin Əliyev məşhur yaşayış komplekslərinin birindən ev alımış. İddialara görə, intihar edən şəxsin sahib olduğu “Kəlam MTK” tikinti şirkəti ona qayınatası tərəfindən hədiyyə edilib. Bu münasibətdən xəbər tutan R. Əliyevin qayınatası onun əlindən bütün var-dövlətini, həmçinin sevgilisinə verdiyi evi də alıb. Bundan sonra B.Allahverdiyeva ilə aralarında soyuqluq yaranıb. İddia olunur ki, məhz buna görə R.Əliyev silahla sevgilisinin qarşısına çıxıb və özünü öldürəcəyini deyib. Bu zaman atəş açılıb və R.Əliyev dünyasını dəyişib.

Nəsimi rayon Prokurorluğu istintaq sirri olduğunu əsas gətirərək iddialara aydınlıq gətirmədi. Roza Zərgərli və qızı Bənövşə də Criminal.az saytının onlara ünvanladığı suallara cavab verməkdən imtina edib. R.Zərgərlinin şəxsi “Whatsapp”nömrəsinə göndərilən suallara özünü müğənninin köməkçisi kimi təqdim edən şəxs tərəfindən verdiyi cavabı olduğu kimi təqdim edirik:

Roza Zergerli qizi ile - fotolar

“Mən Roza Zərgərlinin nümayəndəsi kimi sizə istədiyimi yaza bilmərəm, yalnız informasiya verə bilərəm. Amma niyyətiniz aydındır, lakin müzakirəsi səlahətimdə deyil. Roza Zərgərli kimə intervyu verib verməməyini, özü qərar vermir. Sənəti və biznes tərəfi tam olaraq Boomerang Label şirkətinə aiddir(məhsusdur). Bilmirsizsə əgər. Ona görə növbənizi gözləyəcəksiniz, və sizinlə sabah əlaqə saxlanılacaq və lazımlı informasiya veriləcək. Siz, hal hazırda danışıqda, qarşınızdaki(məni) insanı sıxmaq və kalabalık yaratmaq niyyətindəsiniz,(şəxsi fikrimdi) o üzdən sizə bir daha deirəm, mənim işim sadəcə informasiya çatdırmaqdı. Sabah sizinlə əlaqə saxlanılacaq” ******** “Dediyim kimi niyyətiniz bəllidir, sizinlə nəsə müzakirə etməyə səlahətimdə deil. Amma hər bir sözünüzü rəhbərliyə çatdırmaq bir başa işimdir. Sabah növbəniz çatanda sizinlə əlaqə saxlanılacaq. Təşəkkür edirəm”.

Xatırladaq ki, hadisə noyabrın 17-də da Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında baş verib. Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib. İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.(criminal.az)






Xəbərin oxunma sayı : 1081




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap