Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İş adamı azadlığa buraxılmadı - 1 milyon vergi borcu var

Tarix 17.10.18, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtda eyni mənzilləri bir neçə nəfərə satmaq ittihamı ilə həbs edilən iş adamı növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vergidən yayınmaqda ittiham edilən 1955-ci il təvəllüdlü Cəfərov Xanlar Məhəmməd oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xanlar Cəfərovun vəkilləri məhkəmədə vəsatətlə çıxış ediblər.

Vəkillər bildirib ki, Xanlar Cəfərovun səhhətində problem var. Müdafiəçilər onun əməliyyat olunması ilə bağlı sənədləri də məhkəməyə təqdim ediblər.

Həmçinin vəkillər vəsatətdə qeyd ediblər ki, zərərçəkmişlərlə barışıq əldə edilib, dəymiş zərər ödənilib.

"Xanlar Cəfərova 1 milyon 30 min manat vergidən yayınma ittihamı da verilib. Amma onun 2 milyondan artıq dəyəri olan əmlakına həbs qoyulub. Yəni məhkəmə sonunda əmlak ziyanın ödənilməsinə yönləndirilə bilər. Bütün bunları nəzərə alaraq Xanlar Cəfərovun ev dustaqlığına buraxılmasını xahiş edirik"- deyə vəkillər vəsatətdə qeyd edib.

Dövlət ittihamçısı isə vəsatətin təmin edilməsi üçün əsas olmadığını bildirib. Prokuror qeyd edib ki, Vergilər Nazirliyinə dəymiş zərərdən yalnız 100 min manat ödənilib.

Məhkəmə müşavirədən sonra vəsatətlə bağlı qərarı elan edib. Qərara əsasən vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, X.Cəfərov dələduzluqda və vergidən yayınmada təqsirləndirilir.

X.Cəfərovun rəhbəri olduğu "Avro Qrand" şirkəti Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib.

Nağd ödəniş edərək ev alan sakinlər nə mənzillərinə köçə biliblər, nə də pulları qaytarılıb. Binadakı bir neçə mənzil eyni vaxtda 3-4 şəxsə satılıb.

Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb.

Sonuncu dəfə iki otaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.




Xəbərin oxunma sayı : 349




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap