Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İşğaldan azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb - FOTOLAR

Tarix 16.10.20, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələ­ri­nin işğalı al­tın­da olan 132 km-lik hissəsinin azad edilmə­sinə başla­nıl­ması Azərbaycan sərhədçiləri tərəfindən böyük sevinc və ruh yük­səkliyi ilə qarşılan­ıb. Dövlət Sərhəd Xidmətindən verilən məlumatda belə deyilir.

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mah­­mudlu” sərhəd zastavaları üzərində 16 oktyabr tarixində Azərbay­can Res­publika­sı­nın Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbay­can Respub­lika­sının dövlət bayrağı ucaldılmış və bu sərhəd zastava­larının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilib.

MərasimdəAzərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Koman­danlığı altında Ermənistan Silahlı Qüv­vələrinin əzəli Azərbaycan tor­paq­­ların­dan qovulması üzrə döyüş əmə­liyyatlarında Azərbaycan sər­həd­­çilə­ri­nin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düş­mənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib.

Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gi­zirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tap­şırıq­la­rını yerinə yetirməyə hazır olmaları vurğulanıb, şəxsi heyətin döyüş ruhu­nun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə gön­də­rilmə barə­də çoxsaylı müraciətlərin daxil olması bildiril­ib.


 
1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərə­fin­dən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sər­həd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.

Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastava­la­rında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq təd­birləri davam etdirilir.







Xəbərin oxunma sayı : 613




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap