Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İŞİD məğlub olur, terrorçular Avropaya qayıdır, təhlükə artır

Tarix 24.05.17, 20:43

Font ölçüsü : - / +
bitmap-img6


Mançesterdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürmüş «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması hazırda öz qısa tarixinin ən ağır vaxtlarını yaşayır. Yaraqlılar Suriyada ard-arda məğlubiyyətə düçar olurlar

Koalisiya qüvvələri İŞİD-in Suriyadakı mövqelərini hər gün havadan və qurudan hücuma məruz qoyurlar. İŞİD (yaxud İD) göz qabağında kiçilərək süqut etməkdədir. Son il ərzində silahlıların nəzarətində olan ərazi iki dəfə kiçilib. İŞİD bir çox strateji mühüm şəhərdən çıxmalı olub. Qruplaşmanın iqtisadi bazası, ən əsası isə, xilafətə inam məhv edilib.

Hələ oktyabrda İŞİD-in əsaslandığı, dünyanın sonuna dair proqnozlara ciddi zərbə dəydi. İŞİD-çilər deyirdilər ki, müharibənin əsas döyüşü Dabık şəhərində baş tutacaq. Onlar burada «əsl mömin»lərin yekun qələbə qazanacağını deyirdilər. Ancaq Dabık cəmi bir neçə günlük döyüşlərdən sonra Türkiyə qoşunlarına təslim oldu. Yaxın zamanlarda xilafətin paytaxtı Rakka şəhəri də təslim olmalıdır.

Artıq döyüşlər şəhərin yaxınlığında gedir. İŞİD açılan atəşlərə və hava zərbələrinə, əsasən, intiharçı hücumları ilə cavab verir. Artıq Rakka yaxınlığındakı qaçqın düşərgələri ağzına qədər doludur. İnsanlarsa gəlməkdədir. ABŞ prezidenti Donald Tramp və türkiyəli həmkarı Recep Tayyip Erdoğan mayın 16-da Rakkaya kimin hücum edəcəyini müzakirə ediblər, ancaq razılığa gələ bilməyiblər.

«Biz ABŞ-a dedik ki, Rakkada əməliyyat keçirmək istəyirsinizsə, keçirin, amma bizsiz. Türkiyə terror təşkilatları ilə birlikdə əməliyyata qatılmayacaq. Onlara uğurlar», – Türkiyə prezidenti söyləyib.

Fikir ayrılığının səbəbi ABŞ-ın Rakkaya hücumları Suriya kürdlərinin bölmələrinə həvalə etmək niyyətidir. Bura Türkiyə hökumətinin terrorçu saydığı xalq özünümüdafiə birlikləri, peşmərgələr də daxildir. Ancaq koalisiya düşərgəsində hər hansı fikir ayrılıqları hadisələrin gedişini dəyişdirməyə qadir deyil. Qondarma İŞİD-in taleyi bəllidir. Məsələ ancaq onun nə qədər ömrünün qalmasındadır.

Bəs İŞİD-in Avropadakı terrorçu özəklərinin fəallığı onun Yaxın Şərqdəki məğlubiyyəti ilə bağlıdırmı? CurrentTimeTV-nin şərhçisi, şərqşünas Ivan Yakovin deyir ki, İŞİD Yaxın Şərqdə məğlub olsa da, onun yerini başqa bir təşkilat tutacaq. Onun sözlərinə görə, burada hər dəfə bir təşkilat məhv ediləndən sonra yerinə başqası gəlir. Ekspert «İslam Dövləti»nin dünyadakı fəallığının artacağından ehtiyatlanır. Çox sayda İŞİD döyüşçüsünün öz vətəninə, əsasən də, Avropa ölkələrinə döndüyünü xatırladan Yakovin Avropa və digər ölkələrdə terror təhlükəsi artacaq. 

Mütəxəssisin sözlərinə görə, Almaniyada ümummilli seçkilər gözlənildiyindən, bu ölkə daha böyük təhlükəylə üzləşəcək. Yakovin xatırladır ki, Mançesterdə törədilmiş terror aktı da Britaniyada cəmi iki həftədən sonra baş tutacaq seçkilər ərəfəsinə düşür. O hesab edir ki, Böyük Britaniyada seçkilər sona çatandan sonra terrorçuların əsas hədəfi Almaniya olacaq.

I.Yakovin deyir ki, terrorçular 15 il öncə İspaniyada vağzalda törətdikləri partlayışdan dərs çıxarıblar. Onlar artıq bilirlər ki, düz seçkidən öncə törədilmiş terror aktının köməyi ilə seçkinin nəticələrinə təsir göstərə bilərlər.

«Həmin vaxt İspaniyada sosialistlər qalib gəldilər və dərhal ispan qoşunlarını İraqdan çıxardılar. İndi bir çoxları həmin effekti təkrarlamaq istəyir, ancaq bir qədər fərqli şəkildə. İndi onların məqsədi başqadır. Onlar Avropa ölkələrində ultrasağçı partiya və təşkilatların hakimiyyətə gətirilməsinə çalışırlar. Bu yolla yerli müsəlman əhalini özlərinə cəlb etmiş olacaqlar. Beləliklə, bütün dünyada, xüsusən də Avropada cihadçıların sıraları dolacaq. Düşünürəm ki, onlar öz hərəkətlərini məhz buna kökləyirlər. Bilirsiniz, vəziyyət belədir: terrorçular və ultrasağçılar bir-birini nifrətlə qidalandırırlar. Nə qədər çox terror aktı olsa, ultrasağçılar o qədər qazanır. Ultrasağçıların siyasəti nə qədər sərt olsa, narazı müsəlmanların sayı bir o qədər artır. Sonradan onları terrorçu təşkilata cəlb etmək mümkün olur», – o deyir.







Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap