Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Üç güləşçimiz finalda - “Bakı-2017“

Tarix 18.05.17, 16:31

Font ölçüsü : - / +
bitmap-img6


İslamiadanın yunan-Roma güləşi yarışlarında mübarizəyə qoşulan Azərbaycanın dörd idmançısından üçü finala vəsiqəni təmin edib.

AzFakt.com xəbər verir ki, təmsilçimiz İslam Abbasov (85 kq) yarımfinal mərhələsində Qırğızıstan güləşçisi Azat Beişebekov ilə qarşılaşıb. Görüşdə 3:1 hesabı ilə qələbə qazanan İslam Abbasov finala yüksəlib.

Yarımfinalda Özbəkistan idmançısı Mirzobek Raxmatovu məğlub edən Kamran Məmmədov (66 kq) da adını finala yazdırıb.

Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyev yarımfinalda Qırğızıstan güləşçisi Kayratbek Tuqolbayevə 3:2 hesabı ilə qalib gələrək qızıl medallar uğrunda mübarizədə iştirak etmək hüququ qazanıb.

Daha bir güləşçimiz Sabah Şəriəti (130 kq) yarımfinalda Özbəkistan təmsilçisinə məğlub olaraq bürünc medal uğrunda xalça üzərinə çıxacaq.

Xatırladaq ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində idmançılar mübarizə aparıblar. Güləşçilərimiz yarışın ilk gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Qızıl medalı yığmamıza 98 kiloqram çəki dərəcəsində yarışan Orxan Nuriyev qazandırıb. Rafiq Hüseynov (80 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) aktivlərinə yazdırıblar.



Xəbərin oxunma sayı : 91




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap