|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Üç il əvvəlin cinayət dosyesi - Səfir oğlunun adı keçən müəmmalı ölüm
Tarix 26.06.20, 13:38 |
|
3 il əvvəl, 26 iyun 2017-ci ildə Xəzər dənizinin Bilgəh qəsəbəsi ərazisində bu günə qədər sirri açılmayan ölüm hadisəsi baş verdi.
AzFakt.com Yenisabah.az-a istinadən xatırladır ki, azərbaycanlı model, "Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyeva dənizdə boğuldu.
Bundan sonra sosial şəbəkələrdə, mətbuatda Günel Mirzəyevanın həyatla öz xoşu ilə vidalaşmadığına dəlalət edən məlumatlar yayıldı.
Ortaya çıxan məlumatlar çox ciddi mətləblərdən xəbər verirdi. Günel Mirzəyevanın öldürülməsi fərziyyəsinin yoxlanılmasının zəruriliyini ortaya qoyurdu.
Həmin gün nə baş vermişdi?
Yayılan ilk rəsmi xəbərdə bir nəfərin yaxtadan suya düşərək öldüyü, meyitinin aşkar edilmədiyi deyilirdi. Ardından bəlli oldu ki, yaxtada Günel Mirzəyevanın yanında daha 5 nəfər olub. Onlardan biri də hazırda Ukraynada səfir olan Elmira Axundovanın oğlu Həbib Axundov olub.
Xəbər ictimailəşəndən sonra Həbib Axundov ilk olaraq hadisə yerində olmadığında israr etdi. Anası tələm-tələsik mətbuata açıqlama verib "oğlum orda olmayıb, olsaydı, üzgüçüdür, o qızı xilas edərdi” tipli açıqlama verdi.
Bu açıqlama ortada ikən Həbib Axundov hadisə yerində olduğunu, lakin sahildə dayandığını, yaxtada olmadığını açıqladı.
Ortaya çıxan faktlar isə Həbib Axundovun nəinki hadisə yerində olduğunu, faktiki olaraq Günel Mirzəyevanın həmin gün Bilgəhdə dənizdə, yaxtada olma səbəbinin məhz Həbib Axundov olduğunu üzə çıxarırdı. Məlum olurdu ki, Günel Mirzəyeva sirli ölümünə qədər ailəli olub. Həbib Axundov Günel Mirzəyevaya "Jeep Wrangler” markalı maşın bağışlayıb. Günel Mirzəyeva uzun müddət Həbib Axundovun adına olan Nəsimi rayonu, Vəzirov küçəsi 50 ünvanında yerləşən 3 nömrəli mənzildə yaşayıb. Həbib Axundovla sıcaq münasibətləri yaranandan sonra isə həyat yoldaşından boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə ərizə verib.
Bilirsiniz Günel Mirzəyevanı məhkəmədə nümayəndə olaraq kim təmsil edib?
Düzdür, Həbib Axundovun anası Elmira Axundovanı məhkəmələrdə nümayəndə olaraq təmsil edən Rövşən Yusifov. Günel Mirzəyevanın bacısı Cəmilə Mirzəyevanın da boşanma işinə Elmira Axudnovanın təmsilçisi çıxıb.
Daha bir məqam.
Fövqəladə Hallar Nazirliyi (FHN) xilasedicilərinin 3 günlük gərgin, davamlı axtarışlarından sonra Günel Mirzəyevanın meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
Həmin 3 gün ərzində Elmira Axundovanın sürücüsü Fərrux Adnayev Günel Mirzəyevanın yaşadığı ünvanın qarşısında keşik çəkib.
Elmira Axundovanın sürücüsü meyiti sudan çıxarılmayan Günel Mirzəyevanın evinin qarşısına kimin göstərişi ilə gəlmişdi?
Onun sürücü olaraq ərazidə keçik çəkməsi kimə lazım idi?
Həmin günlərdə Axundovlar Günel Mirzəyevanın müəmmalı ölümünün mümkün qədər mətbautdan kənar saxlamaq üçün çabalar göstərirdilər. Lakin mümkün olmadı.
Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlandı. Əslində isə faktlar iş üzrə daha ağır maddə ilə cinayət işinin başlanması üçün əsas verirdi.
Modelin dənizə kiminlə, kimin yaxtasında çıxması haqda rəsmi qurumlardan yalnız Fövqəladə Hallar Nazirliyi uyğun mövqe nümayiş etdirib məlumat açıqladı.
FHN-in jurnalist sorğusuna verdiyi cavab ümumilkdə Sabunçu Rayon Prokuroluğunun iş üzrə apardığı istintaqı şübhə altına qoyur. Sorğu üzrə FHN-ə ünvanlanan sualları və verilən cavabları təqdim edirik:
Sual:
- Günel Rəşid qızı Mirzəyeva 2017-ci il iyunun 26-da hansı markalı su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxıb?
Cavab:
- 26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.
Sual:
- Həmin su nəqliyyatı vasitəsi ölkəyə nə vaxt, kim tərəfindən gətirilib; kimlərin mülkiyyətində və istifadəsində olub?
Cavab:
- Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır.
Sual:
– G.R.Mirzəyeva su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxarkən həmin su nəqliyyatı vasitəsini kim idarə edib?
Cavab:
– Bədbəxt hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub.
Sual:
– Həmin şəxsin su nəqliyyatı vasitəsini idarə etmək hüququ olubmu?
Cavab:
– Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır.
Sual:
– Xəzərin Bilgəh qəsəbəsi hissəsində su nəqliyyatı vasitələrinin sahildən hansı məsafəyə qədər üzməsinə icazə verilir?
Cavab:
– Bu tip katerlərin texniki xarakteristikalarına görə sahildən uzaqlaşma məsafəsi 3 dəniz mili olduğu halda, Xəzər dənizinin xüsusiyyətləri nəzərə alınaraq gəmiyə Xidmət tərəfindən sahildən 2 mil üzmə məsafəsi icazəsi verilmişdir.
Sual:
-G.R.Mirzəyevanın ölümü ilə nəticələnən hadisə ilə bağlı rəhbərlik etdiyiniz nazirliyin müvafiq qurumunun səlahiyyət sahiblərinin məsuliyyəti müəyyən olunubmu?
Cavab:
– Gəmi dövlət qeydiyyatina alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində "istismara yararlı” qiyməti verilmişdir. Sözügedən katerin 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici canlıq və 1 sayda dairə ilə təhciz olunub. Bədbəxt hadisə baş verən zaman gəmi texniki cəhətdən saz vəziyyətdə olub. Bədbəxt hadisənin səbəblərinin və şəraitinin təhlili nəticəsində Xidmətin vəzifəli şəxslərinin məsuliyyəti müəyyən olunmamışdır.
Sual:
– G.R.Mirzəyevanın ölümü ilə nəticələnən olayın baş verdiyi gün onun sərnişini olduğu su nəqliyyatı vasitəsində kimlər olub?
Cavab:
– Mövcud qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan kiçikhəcmli gəmi sahiblərinin və ya istifadəçilərinin Xidmət qarşısında dənizə çıxma vaxtı və sərnişinlər barədə məlumat vermək öhdəliyi yoxdur.
Sorğuya verilən cavabdan aydın olur ki, Günel Mirzəyeva açıq dənizə məhz Həbib Axundovun yaxtasında çıxıb. Hadisə baş verərkən Həbib Axundov Günel Mirzəyevanın yanında olub. Elmira Axundovanın dediklərinə inansaq, oğlu üzgüçüdür. Elmira Axundova əminliklə deyirdi ki, uzgüçü oğlu orada olacağı təqdirdə bədbəxt qızı xilas edərdi. Fakt ortaya çıxandan sonra Elmira Axundovanın bu xüsusda açıqlamasını eşidən olmadı.
Bəs üzgüçü Həbib Axundov niyə Günel Mirzəyevanı xilas etməyib?
Niyə hadisədən sonra yaxtada olmasını ciddi-cəhdlə inkar edib?
Həbib Axundovun gizlətmək istədiyi nə olub?
Ən başlıca sual: - Həbib Axundov niyə Günel Mirzəyeva ölümündən 21 gün sonra yaxtanı başqasının adına keçirib?
Bu cür tələskənliyin səbəbi nə olub?
Çox təəssüf ki, Sabunçu Rayon Prokurorluğu əvvəlcə iş üzrə uyğun olmayan maddə ilə cinayət işi başladı, sonra isə iş üzrə olduqca səthi istintaq aparmaqla işini bitirmiş hesab etdi.
Görün həmin vaxt Sabunçu prokuroru olmuş Ceyhun Şirinov vəkil sorğusuna nə cavab yazır.
Sitat:
"Günel Rəşid qızı Mirzəyeva dənizdə dostları ilə sahildən təxminən 300 metr məsafədə çimərkən(?) onun yanında Həbib Axundov olmamış(?!), sonuncu dəniz kənarında olmuşdur”.
Prokurorun "sahildən təxminən 300 metr məsafədə çimərkən” sözləri absurddur. Necə yəni sahildən 300 metr aralıda çimərkən?
Sahildən 300 metr aralıda üzgüçülük üzrə xüsusi təlim görmüş şəxslər belə çimmirlər! Orada üzürlər. Bir də ki, Günel Mirzəyeva nəinki sahildən 300 metr aralıda, heç ləpədöyəndə belə üzə bilməyib.
Gənc xanımın sudan qorxmasını təsdiqləyən videolar da var. Bir videoda Həbib Axundov onu zorla, adına "banan” deyilən xüsusi üzən vasitəyə əyləşdirir, Günel Mirzəyeva isə "banan” sahildən dənizin içinə sarı yön almağa başladığı an düşüb sahilə qaçır.
Ləpədöyəndə çimməkdən qorxan Günel Mirzəyeva sahildən 300 metr aralıda necə çimib?
Digər bir videoda isə yenə də Həbib Axundov Günel Mirzəyevanı xüsusi tərsanə üzərindən suya atmağa çalışır, Günel Mirzəyeva müqavimət göstərir və nəhayətdə Həbib Axundov istəyinə nail olur. Günel Mirzəyeva iradəsinin əleyhinə olaraq suya atılır və orada çabalayaraq kömək istəyir. Həmin vaxt əyinində xüsusi xilasedici jilet olmasına baxmayaraq Günel Mirzəyevanın qışqırıb kömək istəməsi onun üzmək vərdişinin olmamasını ortaya qoyur.
Bəs Sabunçu prokuroru Ceyhun Şirinov bu videoları görübmü?
Bundan başqa Sabunçu prokuroru sorğuya cavabda yazır ki, Həbib Axundov hadisə baş verəndə sahildə olub. Bu da yumşaq desək, doğru deyil. FHN-dən verilən sorğuya cavabda yer alan əlahəzrət fakt Sabunçu prokurorunun dediklərinin həqiqət olmadığını ortaya qoyub.
Sitat:
- Bədbəxt hadisə baş verən zaman yaxta sahibi Həbib Ramiz oğlu Axundov orada olub.
Sabunçu prokuroru isə yazır ki, Həbib Axundov hadisə baş verərkən sahildə olub.
Ceyhun Şirinovu bunca qeyri-dürüst açıqlamaya məcbur edən hansı amil olub?
Prokuror niyə yalan məlumat verir?
Tutaq ki, Həbib Axundovun bu işdə heç bir günahı yoxdur. Bəs bu həngamə, bu qədər yalan nəyə lazım idi?
Axı Həbib Axundov Günel Mirzəyeva Xəzərin sularında yoxa çıxdıqdan sonra niyə yaxasını kənara çəkirdi?
Niyə deyirdi ki, bəs mən orada olmamışam?
Anası Elmira Axundovanın da eyni mövqe sərgiləməsi də ciddi suallar yaradır.
Həm də sonradan Həbib Axunov da, anası Elmira Axundovanın da mövqeyi dəyişdi axı.
Ana-bala başladılar ki, bəs Həbib Axundov orda olub, amma sahildə dayanıb və Günel Mirzəyevanın sahildən 300 metr aralıda batmasını görüb, bəs kömək edə bilməyib.
FHN-in verdiyi cavabdan isə bilinir ki, Həbib Axundov Günel Mirzəyeva dənizin dibinə gedəndə yanında olub! Ceyhun Şirinov üzgüçü Həbibdən soruşubmu Günel Mirzəyevanı niyə xilas etməyib? Ümumiyyətlə Həbib Axundov Günel Mirzəyevanı xilas etmək istəyibmi?
Belə bir niyyəti olubmu? Buna çalışıbmı?
Bundan başqa FHN-dən verilən açıqlamada digər diqqətçəkən məqam da var:
- Yaxta dövlət qeydiyyatina alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində "istismara yararlı” qiyməti verilmişdir. Sözügedən yaxtanın 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici jilet və 1 sayda dairə ilə təhciz olunub.
Sabunçu prokurorluğunda bu məqama da nədənsə diqqət yetirilməyib. Əgər yaxtada 8 ədəd xilasedici jilet olubsa, Günel Mirzəyevanın əynində həmin jiletlərdən biri niyə olmayıb? Onun əynində jilet olmayıbsa, buna görə yaxta sahibi Həbib Axundov məsuliyyət daşımır?
Bu qədər suallar ortada ikən, Günel Mirzəyevanın ölümündə kriminal izlər qırmızı xəttlə seçildiyi bir vaxtda Sabunçu Prokurorluğu sadəcə işə xitam verib. Halbuki bu sualların cavabı mütləq ortaya qoyulmalıdır.
Həbib Axundovun anasının səfir olması da heç nəyi dəyişmir, Günel Mirzəyevanın sirli ölümü nəhayət ki, araşdırılmalıdır. Xüsusən də həyat yoldaşından boşanmış Mirzəyevanın boğularkən hamilə olması iddialarının da diqqətə alınması dəhşətli cinayətin açılmasında ipucu ola bilər…
Xəbərin oxunma sayı : 2104
Hadisə
Xəbərlər
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
TOP 10
ARXİV